Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Şeyxülislamın Rusiya Prezidentilə görüşü...
Şeyxülislamın Özbəkistan Prezidentilə görüşü...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
Zilhiccə ayının ilk 10 günü
 
       Allah  Talaya  həmd  və  şükürlər  olsun  ki, müsəlman  ümmətinə  çox  nemətlər və çox
fəzilətlər  verib  ki,  bunları  öncəki   ümmətlərə   verməyib. Bu  fəzilətlərdən  biri  də, bizlərə
müxtəlif   ibadət  və xeyir vaxtları   təyin etməsidir.   Bunlardan,   Ramazan   bayramı, Qədr
gecəsi,   Aşura   günü,   Zilhiccə   ayında   Həccə getmək, Zilhiccə ayının ilk 10 günü, Şəvval
ayından   6 gün   oruc tutmaq,   Bayram   namazları,  Cümə günləri və s.  Əziz müsəlmanlar
Zilhiccə   ayının   və   xüsusilə   də   bu ayın ilk  10 gününün bir çox fəzilətləri vardır. Bunlar
Qurani Kərimdə və Peyğəmbərimizin (s) hədislərində öz əksini tapıb. 
     Allah  Tala əl-Fəcr  surəsinin   ilk   ayələrində belə  buyurur:  ﴾ And olsun dan yerinə, and
olsun 10 gecəyə ﴿”

       Bu fəzilətli günlərdə görüləcək xeyir əməllər:
       1. Həcc   və   ümrə (kiçik  həcc)etmək. Əlbəttə   Zilhiccənin  bu 10 günündə ən fəzilətli və
yüksək savablı  əməl  Həccə  getmək  və ümrə etməkdir. Peyğəmbərimiz (s) buyurmuşdur ki;
“ümrədən ümrəyə olan  müddətdəki   günahlar  bağışlanır,  qəbul olunmuş Həccin mükafatı
isə yalnız Cənnətdir.”
   2. Namaz. Bu günlərdə fərz, vacib namazlarını çalışıb hamısını tam vaxtı girən kimi qılmaq, gecikdirməmək və nafilə
namazlarını çoxaltmaq lazımdır. Nafilə namazlar AllahTalaya yaxınlaşmaq üçün ən gözəl vasitələrdəndir. 
      3. Oruc. Oruc tutmaq saleh və xeyir əməllərdən sayılır. Xüsusilə oruc tutmaq çox müstəhabdır. 
      4. Təhlil     (Lə iləhə illallah),   Təkbir   (Allahu  Əkbər)   və  Həmd   (Əlhəmdulillah).  Bu  10 gündə bunları çox  demək
müstəhabdır, Biz müsəlmanlar Peyğəmbərmizin (s) əməllərini yaşatmalıyıq, çox təəssüf ki, tədricən unuduruq. 
        Təkbirin bir neçə forması var, rəvayətlərdən bizə çatdığına görə:
        - Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər Kəbirən
        - Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illallahu Vallahu Əkbər, Allahu Əkbər və Lilləhil Həmd. 
        - Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illallahu Vallahu Əkbər, Allahu Əkbər, va Lilləhil Həmd. 
      5. “Ərəfə  günü” oruc tutmaq.  Ərəfə günü oruc tutmağı təkid edərək Peyğəmbərimizin (s) buyurmuşdur:  “Ərəfə günü
oruc tutmağın savabını Allahdan istəyirəm, hansı ki, bir il əvvəlki və bir il sonrakı günahları təmizləyir”. 
      Yalnız həcdə   olanlar  Ərəfə günü oruc tutmaya bilərlər, çünki  Peyğəmbərimiz  (s) Ərəfətdə (Həcdə olarkən) duranda
oruc olmayıb.
     6. “Tövbə etmək”,  bütün günahlardan  Allaha  dönmək   və Ondan  əfv  diləmək. Ondan sonra, edilən xeyir əməllərə
görə Allahın rəhməti və məğfirəti enər, çünki günahlar insanı Allahdan uzaqlaşdırır və Onun rəhmətindən qovur. İtaət və
ibadət isə Allah Talaya yaxınlaşdırır.
     7. “Qurban kəsmək”.  Qurban   bayramı  günləri  qurban  kəsmək  xeyir əməllərdəndir. Bu həm atamız İbrahimin (ə.s)
əməli və həm  də  Peyğəmbərimizdən  (s)  rəvayət olunduğuna görə O  (s) (Qurban bayramında)  2 qoçu  özü  kəsmişdir.”
     9. “Bayram günü” bayram  namazına   getmək.   Bayram  xütbəsinə qulaq asmaq və sonra bayram namazı qılmağın
böyük savabı vardır.  Həm də  müsəlman  bu günün  mənasını  və hikmətini dərk etməlidir. Bayram günü yaxşılıq və şükr
etmək günüdür. Bu günü pis və günahlarla dolu bir gün etmək olmaz. 
     10. Ümumiyyətlə saleh əməlləri, namaz, sədəqə, Quran oxumaq, yaxşılıq etmək,  pislikdən  çəkindirmək  və  sair kimi
xeyir əməlləri bu 10 gündə artırmaq lazımdır. çünki bu mövsümdə görülən xeyir əməllərin savabı qat-qat yüksək olur.
          Allah Tala bu 10 gündə, etdiyimiz ibadətləri dəyər və savablı etsin !