﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ﴾ ﴾ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!﴿;
(əl-Bəqərə 183).
Özbəkistan Prezidenti İslam Kərimovla görüş
Sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadə Özbəkistan Prezidenti İslam Kərimov ilə görüşmüşdür.
Özbəkistan Prezidenti dini liderlərin insanların milliyyətindən və dini
etiqadından asılı olmayaraq, onların sıx birləşməsinə yönəlmiş fəaliyyətini
yüksək qiymətləndirdi. O, bütün Qafqazın Şeyxi kimi Allahşükür Paşazadənin
Qafqaz xalqları və müxtəlif dinlərin arasında dialoq və qarşılıqlı əlaqə üçün
əlverişli şərait yaradılmasına böyük səy göstərdiyini bildirdi. Prezident İslam
Kərimiov vurğuladı ki, Qafqaz Müsəlmanları İdarəsinin Özbəkistanda dini
təhsil almış rəhbərinə bu ölkədə böyük hörmət bəsləyirlər.
Özbəkistan dövlətinin başçısı Azərbaycana səfərinin gedişində
Prezident İlham Əliyevlə apardığı danışıqları yüksək qiymətləndirdi və xüsusi
vurğuladı ki, Heydər Əliyev siyasətinin varisliyinin davam etdirilməsi
dərin hörmətə layiqdir. Prezident İslam Kərimov dedi: «Heydər Əliyev öz
vətəni üçün olduqca çox iş görmüşdür. O, Azərbaycan tarixində həmişəlik qalacaq şəxsiyyətdir».
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, Azərbaycanda Özbəkistanla
əməkdaşlığın inkişaf etdirilməsini və onunla sıx əlaqələr yaradılmasını alqışlayırlar.
Özbəkistandakı təhsil illərindən danışan Şeyxülislam böyük ehtiramla müəllimlərini xatırladı və ona yaradılmış
şərait üçün qardaş özbək xalqına və onun liderinə təşəkkürünü ifadə etdi.
Görüş yüksək səmimilik şəraitində keçdi.