Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 

doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər»
kitabının təqdimat mərasimində açılış nitqi

Bismillahir-rəhmanir-rəhim!

Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar!
          Öncə  hamınızı səmimi qəlbdən slamlayır, sizlərin bu tədbirdə iştirakından məmin olduğumu bildirmək  istətyirəm.
          Müqəddəs Kitabımız Qurani-Kərimin «Nur»  surəsinin ayeyi-şərifində buyurulur ki:
﴿...وَ مَن   لم  يجعل  الله   له  نورا  فما   له  من  نور﴾         
 «Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz» (Nur, 40).
          Biz  elə   bir   şəxsiyyətin   nuruna   toplaşmışıq   ki,   onun   haqqında  illər ötsə də alimlərimiz, din xadimlərimiz,
siyasətçilərimiz, ümumən bəşəriyyətin bütün   mütərəqqi və  ziyalı insanları xoş   sözlər   danışacaq, unudulmaz xatirəsi
daima ürəklərimizdə yaşayacaqdır.
Bu şəxsiyyət milyonların qəlblərində əbədiyaşar olan dahi ümummilli liderimiz Heydər Əliyevdir.
          Heydər   Əliyevin   ölkəmizdə   dini   etiqad  azadlığının  bərqərar olmasında, xalqımızın milli mənəvi dəyərlərinin
qorunmasında, dini   dözümlülük   ənənələrinin   möhkəmləndirilməsində   və  dövlət-din   münasibətlərinin   inkişafında
müstəsna   xidmətləri   olmuşdur. Onun   səyləri   ilə   ölkə   həyatının   bütün   istiqamətlərində,  eləcə  də,   milli-mənəvi
dəyərlərimizə  münasibətdə  yeni  bir  mərhələnin  əsası  qoyulub.  Bu  da  öz  növbəsində  xalqımızın  öz  tarixinə sahib
çıxmasına  böyük  zəmin  yaratmışdır.  Ümummilli  Liderimizin  müdrik  və uzaqgörən siyasəti nəticəsində xalqımız dini
ayinlərini  sərbəst  qeyd  etməyə  başlamış,  şəhər  və  kəndlərimizdə  yeni  ibadətgahlar inşa edilmiş, biganəlikdən uçub
dağılmış  müqəddəs ocaqlar bərpa olunmuşdur.
          Heydər   Əliyev   xalqımızın   gələcək   taleyinin  müəyyən  mənada  milli-mənəvi  dəyərlərin  qorunmasından asılı
olduğunu nəzərə alaraq  deyirdi:
“Biz    Azərbaycanlılar    heç   vaxt   inamımızdan,    dinimizdən   uzaqlaşmayacaq   və   bu   mənəvi   mənbələrimizdən
istifadə edərək  gələcəyimizi quracağıq”.
Heydər   Əliyev  siyasi   fəaliyyəti  dövründə  bu  prinsipləri əsas tutur, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına
çalışırdı.
Ulu öndərimiz Heydər Əliyev siyasi xadim kimi dünya miqyasında böyük ehtiram və nüfuza malik idi. Onun məqsədyönlü daxili və xarici siyasəti beynəlxalq ictimaiyyət, o cümlədən müsəlman dünyası tərəfindən hər zaman böyük rəğbətlə qarşılanırdı. H. Əliyev müstəqil Azərbaycanın dünya ölkələri ilə sıx əlaqələrini qurur, qarşılıqlı əməkdaşlığa çalışırdı. Dünyanın siyasi liderləri, elm və din xadimləri yüksək siyasi və dövlətçilik keyfiyyətlərinə görə Heydər Əliyevə həmişə böyük ehtiramla yanaşırdılar.
Mən dəfələrlə belə görüşlərin canlı şahidi olmuşam, hər dəfə Vətənimiz və millətimiz üçün fəxarət və qürur hissi keçirmişəm. Bu gün anadan olmasının 85 illiyini qeyd etməyimizlə bu dahi şəxsiyyətin saysız-hesabsız gözəl xatirələri və əməllərini bir daha yada salır və inşallah, onları yaşadacağıq. Biz dindarlar Allaha şükürlər və həmd sənalar edirik ki, ulu öndərimizin layiqli davamçısı, onun siyasi kursuna sadiq olan və ölkəmizi H.Əliyevin irs qoyduğu prinsiplərlə idarə edən və inkişaf etdirən möhtərəm prezidentimiz - cənab İlham Əliyev var və atasının həqiqi varisi kimi daim qəlbi və əməlləri ilə bizimlədir, xalqladır, millətlədir. İlham Əliyev 2003-ci il Prezident seçkilərində qalib gəldikdən sonra Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrilməsi Heydər Əliyevin arzu və istəklərinin həyata keçməsidir. Möhtərəm prezidentimiz İlham Əliyev yüksək bilik və bacarığı, dövlət idarəetmə məharəti ilə regionda vacib simalardan biri olduğunu artıq sübut etmişdir. Ulu öndərimizin varislik ənənələrini davam etdirən bir şəxs kimi prezidentimiz cənab İlham Əliyev xalqımızın milli-mənəvi dəyərlərini, dinlərarası tolerantlıq ənənələrini qoruyur və daim inkişaf etdirir. Onun siyasətində dinimizə, mədəniyyətimizə, əxlaqi dəyərlərimizə böyük önəm verildiyi açıq-aydın hiss olunur. Bu da təbii ki, bizi çox sevindirir, qürurlandırır və Prezidentimizin ətrafında daha möhkəm birləşməyə təşviq edir. Mən də öz dindarlarımızın seçimi ilə fəxr edirəm. Onlar keçən seçkilərdə də həqiqi demokratik və müdrik siyasətə - İlham Əliyev cənablarına səs verəcəklər. Əziz mərasim iştirakçıları! Bu gün biz əlamətdar bir tədbirdə - Asiya Müsəlmanları Komitəsinin sədri, Küveyt Dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini, Azərbaycan xalqının səmimi dostu doktor Adil əl-Fəlahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabının təqdimat mərasiminə toplaşmışıq.
Ümummilli liderimiz Heydər Əliyevin həyatı, şəxsiyyəti, siyasi və ictimai fəaliyyət haqqında Azərbaycanda, eləcə də xarici ölkələrdə bir çox qiymətli əsərlər yazılmışdır. Bu əsərlər əsasən ictimai və siyasi xadimlər, jurnalistlər və ədiblər tərəfindən qələmə alınmışdır. Çox əlamətdar haldır ki, onların arasında ilk dəfə dünyada tanınmış böyük alim, mötəqilliyin təbliğatçısı, məşhur ictimaiyyətçi və din xadimi doktor Adil əl-Fəlahın “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabı bu gün işıq üzü görür. Doktor Adil əl-Fəlahın dahi şəxsiyyət haqqında hazırladığı kitabını fərqləndirən əsas cəhətlərdən biri müəllifin Heydər Əliyevin şəxsiyyətinə, həyat yoluna, siyasi fəaliyyətinə və fikirlərinə yaxindan bələdliyi, müxtəlif tədbirlərdə onunla ünsiyyətdə olmasıdır. Doktor Adil əl-Fəlah ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanı ilk dəstəkləyən şəxslərdən biridir. Üzləşdiyimiz Qarabağ problemi ilə bağlı bizim mövqeyimizin müdafiəsi üçün çalışmış, qaçqın və məcburi köçkünlərimizə Küveyt dövlətinin təmənnasız yardımlarını təşkil etmişdir. Zəngin həyat təcrübəsinə, yorulmaz fəaliyyətinə, obyektiv fikir və mülahizələrə malik bir şəxs kimi doktor əl-Fəlah təkcə öz ölkəsində deyil, Azərbaycanda da tanınan və sevilən insanlardandır. Geniş oxucu kütləsinə təqdim edilən bu əsərdə Heydər Əliyevin Qurani-Kərim və İslam elmlərində dərin ehtiramı, müqəddəs ziyarətgahlara, dini fəlsəfi təmayüllərə sayğısı əksini tapır. İslam dininə fanatizm, terrorizm damğası vurmağa cəhd edənlərə ulu öndərimizin barışmaz mövqeyi, tutarlı cavabları da bu kitabda öz əksini tapır. Əsərin əhəmiyyətini artıran səbəblərdən biri də onun ərəbcə yazılması, azərbaycan, rus və ingilis dillərinə tərcümə olunmasıdır və bu kitabla Heydər Əliyevin müdrik siyasətini, onun titanik fəaliyyətini təbliğ etmək üçün bir daha geniş imkanlar açılır. Ulu öndərimizin İslamı sülh dini kimi qiymətləndirilməsi bir tarixi həqiqətdir. Bu tarixi həqiqətə əsaslanaraq İslam dünyası da hər zaman öz böyük oğlunu sevmiş və dəyərləndirmişdir. Küveyt dövlətinin və Asiya Müsəlmanları Komitəsinin məsul rəsmilərindən olan, doktor Adil əl-Fəlahın yazdığı nəfis tərtibatlı bu kitab Heydər Əliyev şəxsiyyətində Azərbaycan dövlətinin əzmini və qürurunu dünya çapında bir daha təsdiqləyir. Ümidvaram ki, inşallah, “Heydər Əliyev və milli-mənəvi dəyərlər” kitabı Azərbaycanın, ərəb ölkələrinin, eləcə də dünya xalqlarının böyük oxucu kütləsinin hörmət və rəğbətini qazanacaq, dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərinin və azərbaycançılıq ideyalarının təbliğində müstəsna rol oynayacaqdır. Əminəm ki, bu dəyərli kitabın təqdimatında fəal iştirak edib, ürək sözlərini deyəcəksiniz.
Allah köməyiniz olsun!