Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri 
Şeyxülislam Allahşükür Paşazadə  


Moskva və bütün Rusiya Patriarxı 
II Aleksi ilə gorüşümüşdür
       Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin

sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 9-da Moskva
və bütün Rusiya Patriarxı II Aleksi ilə görüşmüşdür. Ənənəvi
olaraq yüksək ehtiram və səmimi anlaşma  şəraitində keçən
görüşdə qloballaşan  dünyada  artan təhlükə və  təhdidlərin,
müxtəlif milli və dini mənsubiyyətə  malik insanlar arasında
qarqarşıdurma      yartma    meyllərinin    qarşısının    yalnız
siyasətçilərin     səyləri     sayəsində     alınmasının     qeyri-
mümkünlüyü     fikri      vurğulanmışdır.    Bildirilmişdir  ki,
Birləşmiş Millətlər Təşkilatı nəzdində   Dinlərarası  Məşvərət
şurasının yaradılması ideyası da məhz bu  zərurətdən  irəli gəlir. Yaradılma təşəbbüsü  2006-cı ildə   Moskvada keçirilmiş
Dini liderlərin   Ümumdünya Sammitində MDB  Dinlərarası  Sülhyaratma  şurasının həmsədrləri - Şeyxülislam Allahşükür
Paşazadə və Moskva və bütün   Rusiya Patriarxı II Aleksi tərəfindən irəli  sürülmüş adıçəkilən  Şuranın dünya dövlətlərini
bir araya  gətirən  beynəlxalq  təşkilat - BMT-nin himayəsində  fəaliyyət göstərəcəyi  təqdirdə dünya birliyi üçün taleyüklü
qərarların qəbul  edilməsi  prosesində  ənənəvi dinlərin  liderlərinin müdrik fikir və tövsiyələrinin nəzərə alınmasını təmin
etmək məramına xidmət edəcəyi gözlənilir. A. Paşazadə  və II  Aleksi bir   daha belə bir ideyada  olduqlarını bildirmişlər
ki, yaradılması  nəzərdə  tutulan  Şura  gələcəkdə  acı nəticələr  və  qarşısıalınmaz  fəsadlar  törətmək  iqtidarında olacaq
qərarların, siyasi addımların atılmasının qarşısının alınması  məqsədinə  qulluq  edərək,  onların əngəllənməsinə  xidmət
edəcəkdir. Xüsusi  olaraq vurğulanmışdır  ki, mənəvi-əxlaqi  səciyyə  daşıyan  qlobal problemlərin həllində yüksək bəşəri
ideyalara söykənən, insanhəyatını  ən  böyük  dəyər  kimi qəbul  edən dünya dinlərinin sülhyaratma  potensialından hələ
də lazımınca istifadə olunmamışdır.
        Göruş   zamanı   Azərbaycan   Respublikasının Prezidenti  İlham Əliyevin səmimi salamlarını  II  Aleksi həzrətlərinə
yetirən  Qafqaz   Müsəlmanları  İdarəsinin sədri   2006-cı ildə   Moskva Sammitinin  məntiqi  davamı  olaraq 2009-cu  ildə
dünyanin dini liderlərinin növbəti Zirvə görüşünün Bakıda keçirilməsi  təklifinə görə Patriarxa təşəkkür etmişdir. II Aleksi
bir daha  MDB  Dinlərarası  Sülhyaratma Forumu üzrə həmsədr həmkarı olan Şeyxülislam Allahşükür Paşazadənin əmin
etmişdir ki, dinlərarası münasibətlər sahəsində nümunəvi səviyyəyə malik tolerantlıq ənənələri ilə dünya çapında tanınan
Azərbaycanda belə bir yuksək  forumun  keçirilməsinə öz  dəstək və  təşkilati yardımlarını əsirgəməyəcəklər. Bu dəstəyinə
habelə vaxtilə Qarabağ probleminin   dinlərarası  münaqişə  müstəvisinə transfer  edilməsinin qarşısının  alınması  üçün
gərgin  səylərinə   görə II  Aleksi   həzrətlərinə   öz  təşəkkürlərini  bildirən Şeyxülislam   Allahşükür   Paşazadə  Patriarxı 
Azərbaycana   səfərə   dəvət   etmişdir.   Bakı və   Xəzəryanı   bölgənin   yepiskopu   Aleksandr və   Azərbaycanın  Rusiya
Federasiyasindakı  Fövqəladə  və səlahiyyətli  səfiri  Polad  Bülbüloğlu görüşdə iştirak etmişlər.
        Aprelin 10-da QMİ  sədri A. Paşazadə Moskva  Patriarxlığının  beynəlxalq  əlaqələr  şöbəsini   rəhbəri, Smolensk və 
Kalinqrad mitropoliti  Kiril ilə görüşmüşdür. Səmimi əhvali-ruhiyyə və qarşılıqlı anlaşma şəraitində keçən işgüzar söhbət
zamanı  BMT  yanında  yaradılması  nəzərdə  tutulan  Dinlərarası  Məşvərət  şurasının  məram  və   məqəsdləri  nəzərdən
keçirilmişdir.  Mitropolit  xüsusi  vurğulamışdır   ki, din   xadimləri bu Şura  vasitəsilə heç də siyasi hadisələrə  müdaxilə
etməyə  deyil, bəşəriyyət  üçün   önəm   kəsb  edən  qərarlar verilərkən   ənənəvi dinlərin liderlərinin dini ekspertizasının
təmininə,  rəy   və   təkliflərinin   dinlənilməsinə,  mənəvi  aspektlərin,   dini   özünəməxsusluqların   nəzərə   alınmasına,
situasiyaların   özəlliklərinin    sərf-nəzər  edilməsinə   nail olmağa  çalışacaqlar. Bu isə qlobal  miqyasda  arzuolunmaz
toqquşma və  çox saylı  insan  həyatlarının məhvi ilə nəticələnən siyasi qərarları önləməyə xidmət edə bilər.
      Mitropolit Kiril həmçinin vurğulamışdır ki, yaradılacaq şuranın BMT yanında artıq  fəaliyyətdə olan "Sivilizasiyaların
alyansı"  adlanan    qurumdan   əlahiddə   çalışmasına   nail olunması  xüsusi   əhəmiyyət   kəsb  edən məsələlərdəndir.
Belə ki, həmin qurum  dövləti, siyasi səciyyə   daşıdığı  halda,  Dinlərə Məşvərət  şurası   dini liderlərin, din xadimlərinin 
müdrik tövsiyələrini bildirəcəkləri, dinlə bağlı yanlışlıqları aradan qaldırmağa yardımçı olacaq məşvərətini təmin edəcək
qurum kimi nəzərdən keçirilir.  Patriarxlığın rəsmisi belə bir   ideyanın   həmtəşəbbüsçüsü  olduğuna   görə  QMİ sədrinə
minnətdarlığını bildirmişdir.
      Şeyxülislam  Allahşükür Paşazadə, öz növbəsində, bildirmişdir ki, dünya miqyasında dinlərə və  dindarlara aidiyyatı
olan məsələlərlə  bağlı qərarlar verilərkən dini liderlərlə məsləhətləşmələr, dini-mənəvi özəlliklərə, spesifik cəhətlərə dair 
dini ekspertlərlə məşvərətdən bəşəriyyət yalnız fayda görə bilər. Dini özəlliklərin nəzərə alınmasının nə qədər acınacaqlı
nəticələrə  gətirib  çıxardığına, ikili   münasibətləra   isə, məsələn   Əfqanıstan, İraq, Kosava,  habelə Qarabağ hadisələri 
bariz nümünədir. Şeyxülislam həmçinin vurğulamışdır ki, son dövrlər müqəddəs rəmzlərə, şəxsiyyətlərə  münasibətlərdə
təhqir hallarının   yer  almasının özü də dini ekspertiza, dini, mənəvi, əxlaqi nəzarət   sahəsində boşluqların olmasından
irəli gəlir.
      Aprelin 10-da Moskva Patriarxlığının Svyato-Danilov iqamətgahında birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi
Mun dünyanın bir sıra tanınmış   din rəhbərləri   ilə görüşmüşdür. Din xadimləri ilə bu  qəbildən olan ilk yüksək  səviyyəli
görüşdə  müsəlman   konfesiyasını Qafqaz Müsəlmanları   İdarəsinin sədri   Şeyxülislam   A.   Paşazadə  təmsil etmişdir.
      Görüşü giriş sözü ilə açan Mitropolit  Kiril ali  qonağı  salamlayaraq   görüş   üçün  təşəkkür  etmiş, dinin  dünyadakı 
problemlərinin həllinə  təsiri  məsələlərinə toxunmuşdur. SSRİ  çökdükdən  sonra  dini  sabitliyin  qorunub  saxlanmasını
əhəmiyyətli hal kimi  səciyyələndirən natiq  bu işdə Qafqazın Şeyxülislamı Allahşükür  Paşazadənin  xidmətlərini  xüsusi
olaraq vurgulamışdır. Mitropolit  Kiril  Dinlərarası  Məşvərət  Şurasının  yaradılması   ideyasının   əhəmiyyətindən, bunun
gerçəkləşdirilməsi zərurətini şərtləndirən  məsələlərdən geniş bəhs edərək,  bu şuranın  yaradılması  məsələsinin BMT-nin
növbəti sessiyasının gündəliyinə salınmasını təklif etmişdir.
      BMT-nin Baş  katibi  cənab  Pan  Gi Mun  öz çıxışında BMT çərçivəsində dini lidrlərin dialoqunun inkişaf etdirilməsini
dəstəklədiyini  və bu baxımdan, Dinlərarası   Məşvərət şurasının  yaradılması ideyasının  böyük maraq və əhəmiyyət kəsb
etdiyini   bildirmişdir. Baş   katib, dini   liderlərin   insanlar   arasında   dözümlülüyün   bərqərarındakı  rollarını,  habelə
dinlərarası  dialoq  işinə verə biləcəkləri töhfələri yüksək dəyərləndirmişdir. O, Məşvərətçi  Şura  ideyasını   dəstəklədiyini
bildirmiş,  onun   inkişaf   etdirilməsi   uçun  zəruri   fəaliyyət   göstərilməsinin  vacibliyinə  diqqəti  cəkmişdir. Bürokratik
əngəllərin  çox  zaman dinlərarası əməkdaşlığı ləngitdiyini bildirən Pan Gİ  Mun  BMT-nin  növbəti  sessiyasında quruma
üzv  dövlətlər  tərəfindən  bu  məsələnin rəsmən   müzakirəsinin  təşkilinin  mühümlüyünü  vurğulamışdır. Dini  liderlərin
möhkəm   təməllərə   söykəndiyinə    diqqəti   çəkən  Pan  Gi  Mun   belə  bir  sütunlarsız   həqiqətən   sivilizasiyalararası
nizamlanmaların   nəticəsiz   qaldığını etiraf   edərək, bu məsələnin   detallarının işlənib   hazırlanmasını   həvalə  etdiyi
departament rəhbərini  görüş  iştirakçılarına  təqdim etmişdir. Təklif  olunmuşdur ki,  tanınmış din   xadimlərindən ibarət
işçi qrup yaradılsın, təkliflər hazırlansın və ən əsası, proses dayandırılmasın, ləngiməsin.

      Nitq üçün   söz verilən   Şeyxülislam Allahşükür   Paşazadə  vurgulamışdır ki, din xadimləri üçün   sərhədlər mövcüd
olmadığından onların  BMT nəzdində belə bir Məşvərətçi qurumunun əhəmiyyəti böyük olacaqdır. Bugünədək dinim, din
xadimlərin    potensialından    lazımınca, tam yararlanılmadığına diqqəti çəkən  A. Paşazadə, din  xadimlərinin  BMT-yə 
planetar miqyasda  öz   yardımlarını   təklif   etdiklərini bildirmişdir.
       Azərbaycan  Respublikasının  Prezidentinin  salamlarını BMT Baş  katibinə çatdıran  QMİ sədri  cənab Pan Gi  Munu
 2009-cu ildə keçirilməsi nəzərdə tutulan Sammitinə dəvət etmişdir. Daha sonra Şeyxülislam A. Paşazadə ipək saplardan
toxunmuş milli   ornamentlərlə   zəngin nəfis  xalçanı Baş  katibə hədiyə etmişdir.  Böyük səmimiyyətlə   hədiyyəni qəbul
edən Pan Gi  Mun, öz   növbəsində, Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevə  onun  salamlarını  yetirməyi
QMİ sədrindən xahiş etmişdir.
      Moskva Sammitinin davamı olaraq, din xadimlərin  Bakıda yüksək səviyyəli görüşünün  keçirilməsi ideyasına dəstək
nümayiş etdirən Pan  Gi  Mun görüşdən sonra kecirilmiş mətbuat konfransı zamanı Şeyxülislama öz xüsusi təşəkkürünü
bildirmiş, onun dinlərarası dialoq işinin nəfinə fəaliyyətini  yüksək  dəyərləndirdiyini vurğulamışdır.  
 



                                                                                                     Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti