Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
Qafqaz Müsəlmanları İdarəsinin sədri 

Şeyxülislam Allahşükür Paşazadənin 
Türkiyə Cümhuriyyətinə rəsmi səfəri
         Qafqaz   Müsəlmanları   İdarəsinin    sədri    Şeyxülislam   Allahşükür  Paşazadə  Türkiyə Diyanət İşləri başkanı Əli
Bardakoğlunun dəvəti ilə fevralın 25-dən 28-dək qardaş ölkədə səfərdə olmuşdur.
         
         İki   ölkə arasında dini-mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi ilə gerçəkləşən bu səfərdə Allahşükür
Paşazadəni   QMİ  Elmi-Dini  Şurasının  sədri  akademik  Vasim  Məmmədəliyev  və  Şeyxülislamın birinci müavini müfti
Salman Musayev müşayət etmişlər.
         Fevralın  25-də   A.   Paşazadəni   Türkiyə   Prezidenti  Abdulla Gül qəbul etmişdir. Görüşdə Azərbaycan və Türkiyə
arasında münasibətlərin inkişafında  din  xadimlərinin  rolu,  qardaş  dövlətlərimizin bir-birnə qarşılıqlı yardım və dəstək
göstərməsi,   Türkiyənin    Diyanət   işləri   Bakanlığı    ilə  Qafqaz  Müsəlmanları  İdarəsi arasında əməkdaşlıq məsələləri,
gələcəkdə keçiriləcək birgə konfranslar barədə müzakirələr aparılmışdır.
        Görüş   zamanı  Xocalı,  20   Yanvar    faciələri   xatırlanmış, bildirilmişdir ki, bu  qətliamları  dünya  ictimaiyyətinin
diqqətinə çatdırmaq üçün dövlət və din xadimləri daha sıx əməkdaşlıq etməli, fəallıqlarını artırmalıdırlar.
        Daha sonra Allahşükür  Paşazadə Türkiyənin Diyanət işləri başkanı Əli Bardakoğlu ilə görüşmüşdür. Qardaş ölkənin
din xadimləri adından Şeyxülislama xatirə hədiyyəsi təqdim olumuşdur. İki ölkənin dini idarə başçıları ikitərəfli əlaqələr,
Avrasiya   Dini  Şurası  çərçivəsində   əməkdaşlıq,  dindarların  qarşılıqlı  səfərləri  ilə bağlı məsələləri müzakirə etmişlər.
Avrasiya   Dini  Şurasında  işlərin   təşkil   olunmasında   Allahşükür   Paşazadənin   30   illik   zəngin   təcrübəsi   yüksək
dəyərləndirilmiş,   bu    təcrübədən   yararlanmaq   zərurəti   barədə danışılmışdır. Görüş zamanı ölkələrimizin dini tədris
müəssisələri arasında tələbə mübadiləsi məsələləri də müzakirə olunmuşdur. Ən başlıcası isə Allahşükür Paşazadə və Əli
Bardakoğlu    erməni    və   PKK   terroruna   qarşı   mübarizədə   din   xadimlərinin   daha   fəal  olmalarının zəruriliyini
vurğulamışlar. 
        Allahşükür Paşazadə Ankaranın Kocatəpə məscidində PKK terrorçuları ilə döyüşlərdə həlak olmuş türk əsgərlərinin
cənazə namazında iştirak etmişdir.
        Heydər Əliyev fondu və Azərbaycanın Türkiyədəki səfirliyinin Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı Ankarada
keçirtdikləri tədbirlərdə iştirak edən QMİ sədri öz çıxışında Xocalı faciəsinin baş verdiyi ağır illəri  xatırlamış, ermənilərin
qəddarlıqla   qətlə   yetirdikləri   uşaqları   öz   əlləri  ilə dəfn  etdiyini  söyləmişdir. Şeyxülislam  vurğulamışdır ki, böyük
sarsıntılar keçirən Azərbaycan xalqı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra birləşdi və gələcək
faciələrin qarşısı alındı. A. Paşazadə bildirmişdir ki, bu gün prezidentlər  İlham  Əliyev,  Abdulla  Gül və Baş Nazir Rəcəb
Tayyib Ərdoğanın qardaşlıq münasibətləri ermənilərə layiqli cavab vermək imkanı yaradır.
        
         A. Paşazadə  fevralın  26-da Ankaranın Batıkənd   rayonundakı  Heydər Əliyev parkına  gəlmiş, ulu öndərin burada
ucaldılmış abidəsinin önünə əklil qoymuşdur. Şeyxülislam ümummilli liderimizin ruhuna dua oxumuşdur.
         Həmin gün  Türkiyənin   Baş naziri  Rəcəb  Tayyib   Ərdoğan   Şeyxülislam  A.  Paşazadə  ilə görüşmüşdür. Türkiyə
hökumətinin  başçısı   qardaş   Azərbaycanın   dini   liderinin  Türkiyəyə   səfərindən   məmun   olduğunu   bildirmiş,  din
xadimlərinin   xalqlar   arasında   dostluq   əlaqələrinin   möhkəmləndirilməsindəki   rolunu  yüksək   qiymətləndirmişdir.
Xocalı qətliamı  ilə   bağlı   daha   qardaş   Azərbaycan   xalqına  başsağlığı  verən  R.  T. Ərdoğan,  Şeyxülislamın  PKK
terrorçuları  ilə  döyüşlərdə şəhid olmuş əsgərlərin cənazə namazında iştirak etməsindən məmunluğunu dilə gətirmişdir.
         Türkiyə və  Azərbaycanın  dini  idarələri  arasında  əlaqələrin  yüksək  səviyyədə  olmasından  məmunluğunu  ifadə
edən  Şeyxülislam  A.  Paşazadə  bildirmişdir  ki,  rəhbərlik  etdiyi  Qafqaz  Müsəlmanları İdarəsinin Qazilər və Elmi-Dini
şuraları  Rəcəb  Tayyib  Ərdoğanın  türkçülüyün   dünya  birliyinə uğurlu inteqrasiyası yönündə ardıcıl fəaliyyətinə, milli-
mənəvi   dəyərlərimizin  qorunması  sahəsində  böyük  xidmətlərinə,  «bir  millət,  iki dövlət» olan Türkiyə və Azərbaycan
arasında  dostluq və  qardaşlığın  daha  da möhkəmləndirilməsi  işinə  verdiyi  töhfələrə  görə  «Şeyxülislam  ordeni» ilə
təltif olunması barədə qərar çıxarmışdır. A. Paşazadə ordeni Türkiyə hökumətinin başçısına təqdim etmişdir.
         Qafqaz   Müsəlmanları   İdarəsinin  sədri  Şeyxülislam  A.  Paşazadənin  Ankaraya  səfəri  çərçivəsində   Türkiyənin
dövlət   nazirləri   Mustafa  Səid Yazıçıoğlu, Mehmet Aydınla görüşlərində də qardaş ölkələrimizin din xadimləri arasında
tələbə mübadiləsi, birgə dini nəşrlərin çap olunması və digər məsələlər müzakirə edilmişdir.
         Səfər  zamanı   A.   Paşazadənin   Şeyxülislamlıq  fəaliyyətini  əks etdirən, nəfis  şəkildə Türkiyədə nəşr olunmuş iri
həcmli, çoxsaylı  fotoillüstrasiyaları   olan   albom-kitabın   ilk   nüsxələri   təqdim olunmuşdur. Kitab Azərbaycan, rus və
ingilis dillərində nəşr olunmuşdur.   
         
                                                                                                           
                                                                                                                                               QMİ mətbuat xidməti