Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri 
Şeyxülislam Allahşükür Paşazadə  


İordaniyanın I dərəcəli
«Kral Hüseyn» ordeni ilə təltif olundu
       2007-ci  ilin  sentyabrın 4-də   İordaniya   Haşimilər  Krallığının paytaxtı
Əmmanda   krallığın   «Əl  əl-Beyt»   İslam   Fikiri   Kral   Elm   Müəssisəsi-
Akademiyasının  təşkil  etdiyi  XIV beynəlxalq  konfrans  başladı. Dünyanın
70-dən artıq ölkəsinin ən görkəmli islam alim və mütəfəkkirlərinin qatıldığı
konfransın işində İordaniya Kralı II Abdullanın şəxsi nümayəndəsi şahzadə Əmir Qazi bin Məhəmməd iştirak edirdi.
        O, Kralın səmimi salamlarını  qonaqlara  çatdırdı və  maraqlı  məruzə ilə çıxış etdi. Açılış  mərasimində  «Əl əl-Beyt»
İslam Düşüncəsi  Kral Elm Müəssisəsinin yeni seçilmiş həqiqi və müxbir üzvlərinə diplomlar  təqdim olundu.
       Şahzadə Əmir Qazi bin Məhəmməd  1984-ci ildən Kral Akademiyasının  həqiqi üzvü, Qafqaz  Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam  Allahşükür   Paşazadəyə  Kral II   Abdullanın adından   İordaniyanın ali dövlət mükafatı I  dərəcəli «Kral
Hüseyn»  ordenini  təqdim etdi.  Şeyxülislam  A. Paşazadə  bu ali  mükafata islamı və islami dəyərləri yaymaq sahəsindəki
xüsusi xidmətlərinə və «Əl  əl-Beyt» müəssisəsinin işindəki səmərəli fəaliyyətinə görə layiq görülmüşdür.
       Həmin gün İordaniya Kralı  II  Abdulla  Şeyxülislam A. Paşazadəni öz iqamətgahında qəbul etmiş və onu ölkəsinin ali
mükafatını alması münasibətilə  şəxsən təbrik etdi. Görüşdə  A. Paşazadə  Azərbaycan  Prezidenti  İlham Əliyevin  səmimi
qardaşlıq salamlarını Kral II  Abdullaya çatdırdı, respublikamızın qazandığı uğurlar barədə ona ətraflı  məlumat verdi.
       Kral  II  Abdulla Azərbaycana  səfərini, ölkəmizdə keçirdiyi görüşləri,  Azərbaycan  Respublikasının  Prezidenti  İlham
Əliyev  cənablarının  İordaniya  səfərini  böyük  məmunluqla  xatırladı  və  onun da qardaşlıq salamlarını  Prezident  İlham
Əliyevə çatdırmağı Şeyx həzrətlərindən xahiş etdi.
       Kral II Abdulla  respublikamızın üzləşdiyi Dağlıq Qarabağ problemi ilə bağlı ölkəsinin dəstəyini bir  daha  vurğulamış
və münaqişənin Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə  çatdıdı.
       Sentyabrın  6-da  konfrans öz işini  yekun  bəyannaməsinin  qəbulu ilə tamamladı. Yekun sənədinin əsas  müddəaları
İslam ümmətinin birliyi, dinlərarası  dialoq  və  əməkdaşlıq, qardaş  İraqdakı  qırğınlara  son  qoyulması, əcnəbi  orduların
bu ölkədən çıxarılması, habelə İslam ölkələrindəki mövcud problem və münaqişələrin dinc yolla həlli məsələləri oldu.