Vəhy nədir?

"Vəhy" sözünün lüğəti mənası - "başqalarının görmədiyi gizli işarə"dir. Vəhyin əsas növləri bunlardır:

* Bəzən peyğəmbərlər qeyb aləmindən səs eşitmiş, bu yolla Allahın əmrlərini əldə etmişlər.

* Bəzən Allah öz məqsədini peyğəmbərin qəlbinə fikir şəklində salmışdır.

* Bəzən peyğəmbərlərə yuxuda vəhy verilmişdir. Məsələn, İbrahim peyğəmbər (ə) oğlu İsmayılı (ə) qurban kəsmək barədə vəhyi yuxuda almışdı.

* Bəzən isə Allah vəhyi peyğəmbərlərə mələklərin vasitəsi ilə göndərmişdir. Yəni Allah öz əmr və göstərişlərini mələyə söyləmiş, o da peyğəmbərə xəbər vermişdir. Məsələn, Məhəmməd peyğəmbər (s) Cəbrail (ə) adlı mələklə görüşüb ondan vəhy alırdı.

Vəhy yalnız peyğəmbərlərə verilir. Peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma bəzən Allah adi insanın qəlbinə bəzi fikirləri sala bilər (buna "ilham" deyilir). Fəqət, adi şəxsin aldığı ilhamla peyğəmbərin qəlbinə Allahın endirdiyi vəhy tamamilə fərqlənir. Peyğəmbərin göndərildiyi xalqlar onun aldığı vəhyə inanıb tabe olmalı və əməl etməlidirlər. Amma adi insanın Allahdan aldığı ilhama başqalarının tabe olması şərt deyildir.

 Ana səhifə >>>