Ana səhifə Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə Yazın

Hicri-qəməri təqvimi

Hicri-qəməri tarixi miladi tarixlə 638-ci ildə qəbul edilib. 622-ci ildə Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə hicrət etmişdir. Hicrət Səfər ayının 24-də başlanmış, Rəbiyül-əvvəl ayının 8-dək davam etmişdir. Rəbiyül-əvvəlin 9-da Peyğəmbər (s) Mədinəyə daxil olmuşdur. Həmin gün - hicri-qəməri təqvimində ilin başlanğıcı olan 1 Məhərrəmdən 68 gün keçirdi. Müsəlman ərəblər 68 günü heçə sayaraq, müsəlman erasını Rəbiyül-əvvəlin 9-dan deyil, Məhərrəmin 1-dən hesablamağa başladılar. Həmin il Məhərrəmin 1-i (miladi) 622-ci ilin 16 iyuluna, cümə gününə təsadüf edirdi.
Hicri-qəməri təqvim 354,3671 günə bərabərdir. Ərəblər dəqiqliyə nail olmaq üçün hər 30 ildən 11-ni uzun (355 gün) il, 19-nu isə (354 gün) adi il kimi qəbul etmişlər. Bu zaman 30 illik sikl ərzində 0,01 günlük xəta alınır ki, bu da 3000 ildə 1 gün deməkdir.


Aylar:
1. Məhərrəm (30 gün) - müqəddəs ay hesab olunur. Ərəblər bu ayda müharibə etməzdilər. Kərbəla faciəsi ilə əlaqədar olaraq (əsasən şiələrdə) matəm ayı hesab olunur.
2. Səfər (29 gün) - "sarı ay" deməkdir.
3. Rəbiyül-əvvəl (30 gün) - "rəbi" yaz deməkdir. Ayın adı "yazın əvvəli" mənasına uyğun gəlir.
4. Rəbiyül-axir (29 gün) - "yazın axırı" kimi tərcümə edilir.
5. Cəmadiyül-əvvəl (30 gün) - "cəmədə" soyuq deməkdir.
6. Cəmadiyül-axir (29 gün) - "soyuqların sonu" mənasındadır.
7. Rəcəb (30 gün) - "ircəbun" sözündəndir, "müharibədən, hücumdan özünü gözlə" anlamını ifadə edir.
8. Şəban (29 gün) - "təşəəbə" kəlməsindəndir, "getmək, dağılışmaq" deməkdir.
9. Ramazan (30 gün) - orucluq ayı. "Rəmzə" - "isti, od, atəş" mənasını bildirir.
10. Şəvval (29 gün) - "şələ" sözündəndir, mənası "qaldır apar" deməkdir.
11. Zülqədə (30) - "evdə otur" mənasını ifadə edir.
12. Zilhiccə (29 və ya 30 gün) - "həcc ayı" mənasındadır.
İslam-xristian teqvim cheviricisi


Hicri və Miladi təqvimi üçün çevirici.

Gün Ay İl
Miladi
Hicri

Həftənin günü:
Yulian günü:


Hicri
Miladi

1

Məhərrəm
Yanvar

2

Səfər
Fevral

3

Rəbiyül-əvvəl
Mart

4

Rəbiyül-axir
Aprel

5

Cəmadiyül-əvvəl
May

6

Cəmadiyül-axir
Iyun

7

Rəcəb
Iyul

8

Şəban
Avqust

9

Ramazan
Sentyabr

10

Şəvval
Octyabr

11

Zülqədə
Noyabr

12

Zilhiccə
Dekabr