İslam təlimi nədən ibarətdir?
Bəzilərinə elə gəlir ki, din insan həyatının yalnız ibadət sferasını əhatə edir. Əgər İslam qanunlarının mahiyyətinə nəzər salcaq, tamamilə əksini görərik. İslam insanlardan yalnız quruca ibadət tələb etmir. O, insanın fərdi və ictimai həyatının bütün sahələrini əhatə edir. İslam əqidə ilə əməlin, cismlə ruhun, dünya ilə axirətin harmoniyasını qoruyan ideal dindir. İslam dini insanın daxili aləmini, psixologiyasını ətraflı öyrənərək hər bir hal və hərəkət üçün uyğun norma müəyyən etmişdir. İslam insanı öyrədir, həm tərbiyələndirir, həm də ona nəzarət edir.
İslam dininə verilmiş tərifdən də aydın olduğu kimi, İslam təlimlərini beş əsas mövzu üzrə qruplaşdırmaq olar:
d)Sosial və hüquqi həyat prinsipləri;
Etiqad dinin bünövrəsi, təməlidir. Əxlaq və ibadət onun üzərində qurulur, onunla nizamlanır. Müsəlman şəxs öz etiqadını heç bir təsirə və zora tabe olmadan sərbəst surətdə formalaşdırmalıdır. Yəqinliyə söykənməyən etiqadın faydası yoxdur, belə etiqad ilk əlverişsiz şəraitdəcə su üzərində yazı kimi məhv olacaqdır. Bu yəqinlik iman deməkdir.
İslam tarixinin ilk ilərində Həzrət Məhəmməd peyğəmbərin (s) dəvəti ilə müsəlman olmuş şəxslər ağır günlər yaşayırdılar. Zənci qul, sonralar Peyğəmbərin (s) azançısı olmuş Bilal ilk müsəlmanlardan idi. Bilalın bütpərəst ağası onu qumların üzərinə yıxaraq, sinəsinin üstünə ağır qaya parçası qoymuşdu ki, işgəncədən qorxub müsəlmanlığı rədd etsin. Lakin Bilal əziyyət qarşısında da möhkəm durub, "Allah təkdir! Allah təkdir!" - deyə təkrar edirdi. Bu hadisəni müşahidə edən Əbu Bəkr Üməyyə ilə razılığa gəlib öz bütpərəst qullarından birini Bilalla dəyişdirdi və onu (Bilalı) azad etdi. Arxasız, köməksiz həbəşistanlı qulu ağır qaya parçası altında mətin və sarsılmaz edən onun möhkəm əqidəsi idi.
İslamın "üsulüd-din" (dinin əsasları) adlanan başlıca etiqadi prinsiplərini qısaca şəkildə belə ümumiləşdirə bilərik: Vahid və ədalətli Allahı bütün sifət və xüsusiyyətləri ilə qəbul edib ona iman gətirmək; ölümdən sonrakı həyatın, Qiyamətin və axirətin mövcudluğunu qəbul etmək; Allahın göndərdiyi bütün peyğəmbərlərə o cümlədən sonuncu peğəmbər Həzrət Məhəmmədə (s) iman bəsləyib onları möhtərəm bilmək. Üsulüd-dini qəbul edən şəxs müsəlman sayılır.
Etiqadi prinsiplərə tabe olan şəxs özündə yüksək mənəvi-əxlaqi keyfiyyətlər yaratmalıdır. İslamda əxlaqın əhəmiyyəti barədə bunu demək kifayətdir ki, Həzrət Məhəmməd (s) öz peyğəmbərlik fəaliyyətinin məqsədini bu cür açıqlayırdı: "Mən insanların əxlaqını kamilləşdirmək üçün göndərildim". (Səfinətül - bihar).
İslam dininə görə insan hər şeydən bu dünyadakı məqsəd və vəzifələrini bilib bunlara riayət etməlidir. Ümmulikdə insanın üç cür vəzifələri vardır; Allaha özünə və ətrafdakılıra münasibətdə daşıdığı vəzifələr.
- Allah qarşısında insanın borcu və aəzifəsi onu tanımaq böyüklüyünü və qüdrətini layiqincə dərk etmək ona ibadət etməkdir.
- İnsanın özünə münasibətdə daşıdığı əsas vəzifə budur ki, özünü tanısın Allah onu nəüçün yaratdığını və hansı məqsədlərə çatmalı olduğunu dərk etsin öz bacarığı səviyyəsində durmadan bu məqsədə doğru irələsin.
- İnsanın cəmiyyət qarşısındakı vəzifəliri çoxşaxəlidir. İsləm şaqirdlə müəllimin övladla valideynin ərlə arvadın varlı ilə kasıbın rəislə sirafi isçinin hökümətlə rəiyyətin qarşılıqlı münasibətlərində müəyyən normalar qoymuşdur. İslam dini insanın özünə rəva görmədiyini başqasına da rəva qörməsini tələb edir. Dinimiz tövsiyə edir ki, başqaları ilə münasibətdə hər şeydən əvvəl xeyarxahlıq ehtiram anlaşma və ədalət prinsiplərini gözləyək. Peyğənbərimizin sözləri ilə desək, "İnsanların ən yaxşısı cəmiyyətdə ən xeyirli olandır".
İslam təlimlərinin böyük bir hisəsini ibadət təşkil edir. Əsas ibadət əmrləri "füruüd - din" (dinin budaqları) adlanan əməli prisiplərdə toplanmışdır. Beləliklə İslam dinini ağaca bənzətsək üsulüd - dinin əqidə təzisləri onun gövdəsini füruüd - din maddaləri asə həmin gövdədən şaxalənən budaqları xatırladar. Mömin şəxs İslama sədaqətini əməldə də sübüta yetirməlidar, yəni ona vacib olan namazları qılmalı, oruc tutmalı zəkat verməli şərait verdiyi halda həccə getməli, cihad elan olunduqda iştirak etməlidir və s.
Sosial və hüşuşi həyat prinsipləri
İslam insan həyatının bütün sahələri üçün qanunlar müəyyən etmişdir. Evlənmək boşanmaq irs ticarət şəriklik icarə borc yeyib içmək ov qeyim və s mövzulardakı qanunlar bu qəbildəndir. Onların hamısında yenə adalət bərabçrlik və hümanizm prisipləri gözlənilir. İslam hər kəsin başqası tərəfindən gızılın yaxud əşkar şəkildə aldadılması icazə vermir.
İslamın ailə barəsindəki görüşləri də insanpərvərdir. Başqa ideoloji məktəblərdən və ailə üzvləri arasında qarşılıqlı hörmət və anlaşmanı ön plana çəkir. İslam qadın hüquqlarını təbliğ edən onları cəmiyyətmn tamhüququ üzvü sayan qadınlar üçün xeyli qüzəşt və üstünlüklər yaradan bir təlimdir. Bununla yanaşı İslam nöqteyi - nəzərincə ailə cəmiyyətin mini - modeli kimi tam nizam - intizama tabe omalıdır.
İslam baxımından insanın bütün əmələri 5 kateqoriyadan birinə aidir: vacib (fərz) müstəhəbbi mübah məkruh və haram.
- Şəriət nöqteyi - nəzərindən üzürlu olanları istisna etməklə hamı tərəfindən yerinə yetirilməsi zəruri olan
əməllər "vacib (fərz)" adlanır. Məsələn namaz qılmaq oruc tutmaq və s.
- Yerinə yetirilməsi vacib olmiayan amma insana çoxlu savab gətirən əməllərə "mübah" işlər deyilir. Məsələm, gecə namazları qılmaq Quran oxumaq və s.
- Yerinə yetirilməsiüçün insana nə sabab nədə qunah yazılmayan əməllərə "məkruh"adlanır. Məsələm səliqəsiz qeyimək ictimai yerlərdə qəhqəhə çəkib gülmək kirli əllərlə çörək yemək və s.
Qurani - kərimin ayalərində və Peyğənbərimizin hədislərində haram və halal müstəhəbbi və məkruh əməllər ardıcıl və əhatəli surətdə tanıtdırılmışdır. Halallar və haramlar qəti şəkildə məlumdur onların hökmü və haramlar qiyamətə kimi dəyişilməz.