Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Şeyxülislamın Rusiya Prezidentilə görüşü...
Şeyxülislamın Özbəkistan Prezidentilə görüşü...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).

Qurban kəsmək

           “Qurban” – İslamın ən tanınmış ibadətlərindəndir
          Qurban   kəsmək   İslam   dininin   gözəl   əməllərindən,   Allahu  Təalaya  yaxınlaşmağın
 vasitələrindən və Peyğəmbərimizin (s) əməllərindəndir. Allahu Təala Qurani  Kərimdə Əl-Kövsər
surəsində buyurur ki; ﴾Rəbbinə namaz qıl və (qurban) kəs﴿. Belə  ravayət edilir ki, “Rəsulullah (s)
iki kök qoçu qurban kəsib...
        Həmçinin   Peyğəmbərimiz   (s)  müsəlmanları  qurban  kəsməyə həvəsləndirmişdir. Buna
dair  rəvayət  olunan  hədisdə  Rəsulullah  (s)  belə  buyurub:    “Qurban   bayramı   günü   Allahu   Təalaya,  kiminsə  qan
tökməsindən  (qurban kəsməkdən)  daha  sevimli  əməl  yoxdur.  O  (kəsilən qurban), qiyamət günü buynuzları, tükləri və
cüt dırnaqları ilə gələcəkdir. (Qurbanın) qanı yerə axmamışdan əvvəl Allahu Təalanın qatında başqa yerə tökülür.
Nəfsiniz bunu (qurbanı) xoşluqla qəbul etsin.”

        Qurban kəsməyin hökmü
İslam alimlərinin rəyinə görə qurban kəsmək, Peyğəmbərimizin (s) etdiyi əməllərdəndir.

        Qurban kəsənin ədəbləri
Bütün İslam alimləri, ortaq bir rəyə gəliblər ki,  qurban  kəsmək istəyən şəxsin  Zilhiccə ayı girəndən  Qurban kəsənə kimi
dırnaqlarından və tüklərindən alması  məkruhdur.  Lakin  bunu  qurban  kəsmək  istəyən şəxs etməlidir, qurbanı öz əli ilə
kəsməyəcəksə,  kəsdirəcəyi   şəxs bunları etməməlidir. Saçdan,   saqqaldan  və bədənin  tükündən,   dırnaqdan  almamaq
müstəhəbdir, amma bunu etmək haram deyildir.

         Ailəyə bir qurban kifayətdir
Qurban kəsən şəxs özünün və ailəsinin adından bir  qoyun  kəsməsi kifayətdir. çünki Peyğəmbərimiz (s) özü və Əhli-Beyti
adından bir qoç  kəsmişdi. Əlbəttə inək, dana və  dəvə  də kəsmək olar. Alimlərin rəyinə görə 7 nəfər bir inəyin qurbanına
şərik ola bilərlər. Fərqi yoxdur 7 nəfər özünün və ya özü ilə ailəsinin də adından kəsirsə.

         Qurbanlıq heyvana aid şərtlər
Qurban  kəsiləcək  qoyunun  yaşı  6  aydan  çox,  kəsiləcək  inəyin  yaşı 2 ildən çox və kəsiləcək  dəvənin yaşı 5 ildən çox
olmalıdır.  Qurbanlıq   qoyunun   böyük, kök və gözəl  olması  müstəhəbdır  (arzu  olunandır).  Az  ətli,  çox    arıq,   cılız,
keyfiyyətsiz və sairə kimi eybləri olan heyvan qurban kəsilməməlidir.  Peyğəmbərimiz  (s)  buyurub ki; “4 şey (eyib) var ki,
qurbanlıqda (heyvanda) olmamalıdır: Açıq-aydın  gözləri  çəp  olan,  açıq-aydın  xəstə  olan, ağsadığı  açıq-aydın görünən
topal heyvan və təmizlənməsi çətin olan arıq heyvan. Ola bilsin ki, bəzi  heyvanlar yaşlaşdıqca  əti  yeməli olmur. Məsələn
bəzi yerlərdə inək 2 ildən çox  qaldısa  əti  bərkiyir, ya  da  yeməli  olmur. Bu halda  daha  münasib  və  daha  çox əti olan
inək kəsilməlidir. Yaxud da əgər 2 yaşı tamam olmuş  erkək  dana  yoxdursa, 2 yaşı olanlar hamısı sağılan inəklərdirsə, bu
zaman ziyan olmasın deyə ən böyük   erkək dana kəsilə bilər, çünki  şəriətdən əsas  məqsəd qurbanlıq heyvanın çoxəti və
sağlam olmasıdır. 

          Qurbanın dəqiq kəsilmə vaxtı
Qurban   bayramından   sonra qurban kəsilir, buna dair Peyğəmbərimizdən  (s)  rəvayət olunan hədisdə Peyğəmbərimiz (s)
belə buyurmuşdur: “Kim  (bayram namazından)  namazdan  əvvəl  (qurban)  kəsibsə,  yerinə  yenidən  təkrar  etsin” Başqa
bir hədisdə də rəvayət olunduğuna görə  Rəsulullah (s) belə deyib:  “Bu günümüzdə (bayramda) ən birinci əda edəcəyimiz
namaz, sonra (qurban) kəsməkdir. Kim  namazdan əvvəl  (qurban)  kəsibsə sadəcə ailəsinə  (ehsan olaraq)  ət  paylamışdır,
bu, lazım olan  (qurban) qaydalardan sayılmır.”

          Qurban kəsdirənin kəsilən yerdə olması
Qurban kəsdirən şəxs özü kəsə  bilmədiyindən heç olmazsa qurban kəsilən  vaxtı həmin  yerdə olmalıdır, bu müstəhəbdır.
Rəvayətə görə Peyğəmbərimiz (s) buyurmuşdur ki:  “(Qurban) Kəsərkən orada olun, çünki  (qurbanlıqdan)  ilk damla qana
(axan kimi) görə   bağışlanırsınız” Başqa bir  rəvayətdə də Peyğəmbərimiz (s)  Fatimeyi  Zəhraya  (r.a)  deyib ki: “Qurbanın
kəsiləndə orada ol, çünki ilk damla qan axan kimi bağışlanırsan”. Qurban kəsilən zaman qurbanın sahibi və kəsən  şəxsin
“Bismilləhi  vallahu  əkbər”  deməsi  müstəhəbdır.  Qurban  kəsdirən  şəxsin  bunu da  “Allahummə  həzə  minkə va ləkə,
Allahummə təqabbəl minni” deməsi   müstəhəbdır. Mənası   belədir:  Allahım  bu   Səndəndir və Sənin  üçündür, Allahım
məndən   qəbul   et!”  Peyğəmbərimizdən  (s)  rəvayət  olunduğuna  görə O  (s)   qoçu  kəsərkən  belə  demişdir:  “Allahım
Muhəmmədin  ailəsindən və Muhəmmədin ümmətindən qəbul et!” sonra qurbanı kəsmişdir. 


          Qurban ətinin paylanması
Müstəhab olardı   ki, qurban   kəsən   şəxs qurbanlığın  ətindən  3-də birini  öz ailəsinə,  3-də birini yoxsul və ehtiyacı olan
qonşularına, qohumlarına,  yaxınlarına və 3-də  birini  də ehtiyacı olub  istəyən  imkansızlara versin.  Allahu  Təala əl-Həcc
surəsinin 36-cı ayəsində buyururki: “Ondan   (qurbanlıq ətdən)   dilənçiyə   (əl açıb istəyənə də)   yedirin”.  Peyğəmbərimiz
(s) buyurub ki: “öz əhli beytinə (ailəsinə) 3-də birini, kasıb qonşularına 3-də birini yedirsin.  Sorub  istəyənlərə (dilənçilərə)
də 3-də birini sədəqə etsin”. Qurban kəsdirən şəxs kəsdirdiyi  adama qurbanlıqdan  işinin  əvəzi kimi heç nə verməli deyil.
Qurbanlıqdan iş  haqqı  kimi  kəsən  adama  vermək olmaz. Lakin  kəsdirən adam kəsənin  yoxsul və kasıb olduğuna görə
ona ətdən pay kimi verə bilər, lakin bu  iş haqqı olmamalıdır. Həzrət  Əlidən  (r.a) belə deyib ki; “Peyğəmbərimiz (s)  mənə
əmr etdi ki, dəvəni (qurban kəsərkən) işin  üstündə  durum,  ondan kəsən adama heç nə verməyim.” Qurban kəsdirən şəxs
 həmçinin qurbanlığın nə ətindən nə də dərisindən satmamalıdır, lakin dərisindən özü faydalana bilər. 

         
                                                                                                   Allah qurban kəsənlərimizdən qurbanlarını qəbul etsin!