Özbəkistan prezidentindən QMİ sədrinə təbrik məktubu

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Möhtərəm Cənabi-Aliləri,
Bahar, gözəllik və yenilənmə rəmzi olan Novruz bayramı münasibətilə Sizə ən xoş və səmimi diləklərimi ifadə edirəm.
Xalqlarımızın böyük və önəmli adət-ənənələrini özündə təcəssüm edən Novruz bayramının həyatımızdakı önəmi getdikçə artmaqdadır.
Ana təbiətin ilahi qüdrəti və əzəmətini tərənnüm edən bu müqəddəs günün müsəlman ümmətinin birliyi, həmrəyliyi və dost əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməsi olduqca əhəmiyyətlidir.
Bütün varlıqlara nur saçan bu bahar günündə Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, xeyirxah əməllərinizdə yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd şəhəri
21 mart 2019-cu il”

Oxunub : 1049