QMİ-nin Fətva və moizə şöbəsinin hesabatı dinlənildi

13.03.2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Mərkəzi Aparatın ayrı-ayrı şöbələrinin ötən ilin yekunları ilə bağlı hesabatları dinlənilir, fəaliyyətləri müzakirə olunur. 
Martın 13-də idarənin Fətva və moizə şöbəsinin hesabatı ilə bağlı müzakirə keçirilib. İclasda QMİ sədrinin müavinləri, Aparat rəhbəri, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri iştirak edib.
Fətva və moizə şöbəsinin müdiri Aqil Şirinov ötən il görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, bu il həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verib. Hesabat məruzəsi ətrafında aparılan müzakirələrdə Fətva və moizə şöbəsinin ötən ilki fəaliyyəti qənaətbəxş hesab olunub, müxtəlif təkliflər səsləndirilib.    
İclasa yekun vuran QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev şöbə əməkdaşlarına təşəkkürünü bildirib, işin səmərəliliyini daha da artırmaq üçün tapşırıqlarını verib, müzakirə zamanı sadalanan problemlərin qısa zamanda aradan qaldırılacağına əminliyini ifadə edib.  
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir! 

Oxunub : 1574