QMİ sədri Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb.

  
02.02.2019
   Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb.
      Səfər Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Dr. Sultan Əl Rümeysinin rəsmi dəvətinə əsasən həyata keçirilir. QMİ sədri Şeyxülislam A. Paşazadə 2-4 fevral 2019-cu il tarixlərində Əbu Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edəcəkdir.
    Forumda Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri iştirak edəcəklər. Forum çərçivəsində Şeyxülislam A.Paşazadənin mötəbər qonaqlarla görüşləri və çıxışı nəzərdə tutulur. Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviq olunması, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə olunacaq.
 
QMİ-nin Mətbuat Xidməti

*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1327