Amerikalı jurnalistin Azərbaycanda multikulturalizm və dinlərarası əməkdaşlıq mövzusuna həsr olunmuş məqaləsi dərc olunub.

 
Amerikalı jurnalistin Azərbaycanda multikulturalizm və dinlərarası əməkdaşlıq mövzusuna həsr olunmuş məqaləsi dərc olunub.
Bir neçə gün əvvəl tanınmış Amerikalı publisist və jurnalist Nurit Gringer Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər etmişdi. Bakıdan qayıtdıqdan sonra xanım Gringer mətbuatda Azərbaycan haqqında bir sıra məqalə dərc etmişdir. Bu məqalələrdən birini o, Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalarının rəhbərləri ilə keçirdiyi görüşə həsr edib. Həmin məqaləni diqqətinizə təqdim edirik (ixtisarla).
İnterkulturalizm Azərbaycanda genetik bir xüsusiyyətdir
Nurit Gringer
Azərbaycanda tez-tez multikulturalizm kimi dilə gətirilən məfhumu mən interkulturalizm adlandırardım. Multikulturalizm bir cəmiyyətdə bir neçə fərqli mədəni və ya etnik qrupun mövcudluğu, bu mövcudluğun dəstəklənməsi deməkdir. Zənnimcə bu, ayırıcı bir yanaşmadır. İnterkulturalizm isə bir neçə mədəniyyəti birdən daşımaq və ya həmin mədəniyyətlərin arasında yer almaq kimi qəbul olunmalıdır.
İndi isə sizə Azərbaycanda interkulturalizmin, o cümlədən, müxtəlif dinlər arasında qarşılıqlı əlaqələrinin necə həyata keçirildiyi barədə bəhs etmək istərdim.
Mən böyük bir məscid kompleksində yerləşən Qafqaz Müsəlmanları İdarəsinə dəvət alıb burada dinlərarası münasibətlərin canlı şahidi oldum. Burada məni Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri icmasının başçısı Milix Yevdayev, Roma Katolik Kilsəsinin yepiskopu Vladimir Fekete, Alban-Udin xristian icmasının sədri Robert Mobili və QMİ sədrinin 1-ci müavini,  müfti Salman Musayev qarşıladılar. Qeyd edim ki,bu görüş cənab İlham Əliyevin növbəti dəfə 7 il müddətinə ölkə prezidenti seçildiyindən bir gün sonra baş tutdu. Yığıncaqda danışan Şeyxülislam Allahshukur Paşazadə müstəqilliyin və dini etiqad azadlığının əhəmiyyətindən bəhs etdi. 70 il ərzində Azərbaycan dinsiz-imansız kommunist Sovet İttifaqının bir parçası idi və insanlar burada öz dini etiqadlarını açıq şəkildə ifadə edə bilmirdilər. Sovet hakimiyyəti iddia edirdi ki, kommunizm tətbiq olunması vacib olan yeganə etiqaddır və istər İslam, istər Xristianlıq və Yəhudilik - bütün dinlər etibarsızdır. Məscidlər, kilsələr, sinaqoqlar, digər dini mərkəzlər məhv edilir, dağıdılır, ya da Sovetlər tərəfindən qeyri-dini məqsədlər üçün istifadə olunurdu. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra hər şey sürətlə dəyişdi. Respublikanın o vaxtki prezidenti Heydər Əliyev dindarlara dini etiqad azadlığını geri qaytardı. Əslində Heydər Əliyevin etdiyi ondan ibarət idi ki, o, insanların uzun müddət qəlblərində tutduqları əqidəni açıq şəkildə ifadə etmək üçün imkan yaratdı.
Sovet hakimiyyəti dövründə ölkədə 17 məscid vardı, bu gün həmin say 2000-i ötüb keçib; təhqirlərə məruz qalan, laqeydliyə tərk edilən sinaqoqlar və digər dini məbədlər bir-bir bərpa edilməyə başladı. Bütün bunlar hökumətin tam maddi-mənəvi dəstəyi ilə həyata keçirdi. Bununla yanaşı, məqsəd Azərbaycanı bütün dünyanın ibrət alıb öyrənəcəyi uğurlu dinlərarası münasibətlər modelinə çevirmək idi.
Seçkilərin ertəsi günü ölkədə mövcud olan əsas dinlərin rəhbərləri cənab Əliyevi yenidən ölkə prezidenti seçilməsi münasibətilə təbrik etmək üçün bir araya gəldilər. Ölkənin dini rəhbərləri cənab Əliyevə birgə təbrik məktubu ünvanladılar.
Azərbaycan cəmiyyəti unikal xüsusiyyətlərə malikdir. Anadan olan gündən Azərbaycanlılara “qonşunu özünü sevdiyin kimi sev” tərbiyəsi verilir. İnterkulturalizm Azərbaycanın genetik xüsusiyyətidir, Azərbaycanlıların həyat tərzidir.
Hüquqşünas Barak Lurinin yazdığı bir kitab var: "Ateizm öldürür: Allahsız bir dünya təhlükəsi və Ümid üçün əsas”. Kommunizm insanları Allahsız bir dünyada yaşamağa məcbur edirdi. Azad Azərbaycan öz xalqına dini azadlığı geri qaytardı.
Prezident İlham Əliyev xalqına din azadlığını təmin edən sabitlik və müstəqillik ölkəsi təqdim edir.
Məhz bunun bəhrəsidir ki, məsciddə toplaşanmüxtəlif dinlərin rəhbərləri gözlərimin önündə belə bir bənzəri olmayan həmrəylik nümayiş etdirdilər.
 
 
 
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2978