Şeyxülislam Qırğızıstan prezidentinə başsağlığı məktubu göndərib

  
 Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevə Bişkekin Manas hava limanında baş vermiş faziə ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Bu gün millətindən, dinindən asılı olmayaraq milyonlarla insanların qəlbləri eyni duyğularla – kədər və sarsıntı hissləri ilə dolub daşır. Həqiqətən, qardaş Qırğızıstan torpağında baş vermiş və onlarla günahsız insanların ölümünə səbəb olmuş bu dəhşətli faciə çətin bir sınaqdır. Qafqaz Müsəlmanları, Azərbaycan dindarları adından Sizə, həlak olanların ailələrinə, bütün Qırğızıstan xalqına dərin başsağlığımı bildirir, yaralılara tezliklə şəfa diləyirəm.”

Oxunub : 1359