Əlcəzair Prezidenti Əbdüləziz Buteflika QMİ sədrinə təşəkkür məktubu ünvanlayıb

 Əlcəzair Prezidenti Əbdüləziz Buteflika Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə məktub ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Şeyx Həzrətləri, dəyərli qardaşım,
İd-Əl-Fitr bayramı münasibətilə təbrikinizi böyük məmnuniyyət və sevinclə qəbul etdim.
Gözəl sözləriniz, səmimiyyətiniz və xoş arzularınız üçün Sizə öz təşəkkürümü bildirir, Uca Allahdan Sizə möhkəm can sağlığı, xoşbəxtlik bəxş etməsini, bütün müsəlmanların qəlblərini qardaşlıq və sevgi hisslərilə doldurulmasını, neçə belə İd-Əl-Fitr bayramlarını Sizə, yaxınlarınıza, Qafqaz müsəlmanlarına və bütün İslam ümmətinə tərəqqi və rifah içində gətirməsini arzulayıram.
Sizə bir daha ən yüksək hörmət və ehtiramımı ifadə edirəm.
 
Əbdüləziz Buteflika”

Oxunub : 2357