Azərbaycan nümayəndə heyəti Ankarada keçirilən İslam konfransında təmsil olunub

Ankara, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Türkiyənin Ankara şəhərində IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı işə başlayıb.
Konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Əvvəlcə qurumun idarə heyətinin iclası keçirilib.
İclasda Türkiyənin Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin və başqaları çıxış ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
 

Oxunub : 1569