Dağıstan Respublikasının Başçısı Şeyxülislama təşəkkür məktubu göndərib.

 Dağıstan Respublikasının Başçısı Ramazan Abdulatipov Şeyxülislam Allahşükür Paşazadə Həzrətlərinə təşəkkür məktubu göndərib. Məktubda deyilir:
 
Çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə!
 
İcazə verin, çoxmillətli Dağıstan xalqının adından və şəxsən öz adımdan Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanda günlərinin keçirildiyi vaxt göstərdiyiniz qonaqpərvərlik və səmimi qarşılamaya görə Sizə dərin minnətdarlığımı bildirim.
 
Keçirilən tədbirlər Dağıstan və Azərbaycanın birgə tarixi taleinin olduğunu hamıya bir daha xatırladan, xalqlarımız arasında mövcud olan qonşuluq və qardaşlıq xarakteri daşıyan dostluğu təsdiqləyən, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli əlaqələri inkişaf etdirmək və daha da möhkəmləndirmək əzmini nümayiş etdirən irimiqyaslı hadisə olmuşdur.
 
Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə, xahiş edirəm, Sizə can sağlığı, sülh və əminamanlıq diləklərimi qəbul edəsiniz!
 
Dağıstan Respublikasının Başçısı                                        R. Abdulatipov

Oxunub : 1326