Şeyxülislam həzrətləri şəhidlərimizi andı

 
20.07.2020
 
           Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla bir qrup din xadimi qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olmuşlar.
              Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə bu Xiyabanda uyuyan digər şəhidlərimiz - Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və  din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzmüş, onların ruhları üçün dualar etmişlər.
 
 
       QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1316