Ümrə ziyarətinin Səudiyyə Ərəbistan tərəfindən müvəqqəti dayandırılmasına QMİ-dən rəsmi münasibət

 
 
28.02.2020
 
 
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb.
Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 2175