ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri QMİ-də oldular

          
 
25.02.2020
           Fevralın 25-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza və Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laver, siyasi analitiki Kill Bakken ilə görüş keçirildi. Görüşdə qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edirdi.
           QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları səmimi salamladı və tarixi dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi, onun struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi. QMİ-nin beynəlxalq müstəvidə həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışan Müfti S.Musayev ölkəmizdə hökm sürən multikultural həyat tərzinin özəllikləri, dövlət-din münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğuladı.        
            Görüşdə ölkəmizdəki islam dini icmalarının və dini mərkəzin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, sədrin müavinləri Qəmərxanım Cavadlı, Rəşad Əliyarlı və aparat rəhbəri Simran Həsənov komissiya nümayəndələrini bu sahə ilə bağlı suallarını cavablandırdılar.
            Amerikalı qonaqlar Təzəpir məscidini ziyarət etdilər və İdarənin kitabxanası ilə tanış oldular.
             Məlumat üçün bildirək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı  Komissiyası  bütün dünyada dini azadlığı monitorinq edən müstəqil, ABŞ hökumətinin federal hökumət komissiyasıdır.
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad  vacibdir!
 
 

Oxunub : 1201