QMİ sədrinin Səudiyyə Ərəbistanına səfəri

 
21.02.2020
   Xəbər verildiyi kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
    Səfər çərçivəsində fevralın 19-da Şeyxülislam A.Paşazadə mənzil-qərargahı Avstriyanın paytaxtı Vyanada yerləşən "KAICIID" Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti 22-ci sessiyasının iclasında iştirak etmisdir. Dünyanin ənənəvi dinlərinin nümayəndələrindən ibarət olan "KAICIID" Direktorlar Surasinin 9 üzvündən biri kimi A.Paşazadə iclasdan sonra bir sıra görüşlər keçirmiş, o cümlədən, Səudiyyə Ərəbistanının “Salam” mədəniyyətlərarası əlaqələr üzrə gənclər təskilatının üzvləri, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşmüş və kütləvi informasiya vasitələrinə müsahibə vermişdir.
    Fevralın 20-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud "KAICIID" Direktorlar Şurasının üzvlərini qəbul etmidir. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Kral Salman bin Əbdüləziz Əl Səuda çatdırmışdır. Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirmiş, öz növbəsində, salam-dualarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş etmişdir.
      Kral Salman bin Əbdüləziz Əl Səud "KAICIID" Direktorlar Şurasının növbəti sessiyasının Ər-Riyadda keçirilməsindən məmnunluq duyduğunu bildirərək, Mərkəzin müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasında dialoqun möhkəmləndirilməsində, mötədillik və tolerantlıq dəyərlərinin təbliğində, radikalizm və terrorizmin müxtəlif formaları ilə mübarizədə rolunu yüksək qiymətləndirmişdir.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1242