Şeyxülislam Allahşükür Paşazadə: Ehtiyacı olan insanlara qan vermək şəriətin və dinin istəyidir.

 
10.09.2019
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə deyib.
 
Şeyxülislam bildirib ki, Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır. Bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir. Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir.
 
Şeyxülislam deyib ki, hazırda Azərbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir. Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. “Bu, savab işdir. Vətən uğrunda həlak olan bütün şəhidlərimizə də başsağlığı verirəm”, deyə Allahşükür Paşazadə qeyd edib.
 
 
 
 

Oxunub : 1606