Şeyxülislam həzrətləri İslam Aləmi Liqasının Baş katibinin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid ilə görüşmüşdür.

 
 
29.08.2019
29 avqust 2019-cu il tarixində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının (SƏK) Məkkə şəhərində yerləşən İslam Aləmi Liqasının Baş katibinin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid ilə görüşmüşdür.
 
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud münasibətlərin bütün sahələrdə inkişaf etdiyindən məmnunluğunu ifadə edən Allahşükür Paşazadə SƏK-in MDB ölkələrinə dəstək olan ərəb dövlətlərindən biri olduğunu və bütün islam dünyasına daima köməklik göstərdiyini qeyd etdi.
 
Şeyxülislam Allahşükür Paşazadə Dr.Əbdül-Rəhman Əl-Zaidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını çatdırıraq, Baş katibi cari ilin 14-15 noyabr tarixində Bakı şəhərində keçiriləcək Dünya dini lidelərinin sammitinə dəvət etdi.
 
 Səmimi şəraitdə baş tutan görüşdən məmnunluğunu bildirən Dr.Əbdül-Rəhman Əl-Zaid məmnuniyyətlə dəvəti qəbul edərək Bakıda keçiriləcək mötəbər tədbirdə işirak edəcəyini qeyd etdi.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 363