20 APREL 2024
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 40 illik şeyxülislamlıq və 70 illik yubileyi münasibəti ilə Lənkəran şəhərində tədbir keçirildi
08.06.2019
Bu il Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyidir. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları bu il aprelin 9-da sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Belə tədbirlərdən birincisi Lənkəranda keçirilib. "Şeyxülislam Hacı Allahşükür Paşazadə-70: mənəviyyata həsr edilmiş ömür" adlı regional konfransda 150-yə yaxın qonaq iştirak edib.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
https://www.youtube.com/watch?v=pkP_3aEfH7E&feature=youtu.be&fbclid=IwAR1DHOM7cqvorNIP154EGS1UrVUQ3bL4QjZ2p8E5I1dwR3lfvSW4cJ6GBFw
VİDEO
Oxunub : 2119