Şeyxülislam həzrətləri Qroznı şəhərinə səfərə yola düşür.

 
 
29.03.2019
  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 29-da Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərinə səfərə yola düşür.
  QMİ sədri A. Paşazadə Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondunun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı Beynəlxalq dini konfransda iştirak edəcəkdir.
  Şeyxülislam A. Paşazadə Beynəlxalq Dini Konfransda məruzə ilə çıxış edəcəkdir.
  Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcəkdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 1318