Şeyxülislam həzrətlərinə Qurban bayramı təbrikləri gəlməkdə davam edir

22.08.2018. Müqəddəs Qurban bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin adına dünyanın dövlət rəhbərləri, bir çox dini liderləri, ictimai və siyasi xadimlərindən təbrik məktubları daxil olur. Təbrik məktubu ünvanlayanlar arasında Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev, Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov, RF İnquşetiya Respublikasının başçısı Yunus-Bek Yevkurov, İSESCO Baş Direktoru Əbdüləziz Əltüveyciri, Türkiyə Respublikası Dəyanət İşləri Başqanı professor Əli Erbaş, Kral Abdulla bin Əbdüləziz adına Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) baş katibi cənab Feysəl bin Müəmmər, Baş Direktor Fəhd Əbu Əl-Nasr və Direktorlar Şurasının üzvləri Məhəmməd Səmmak, Həmad Əl Məcid, BMT Sivilizasiyalar Alyansı Yüksək Nümayəndəsi cənab Nassir Əl-Nasser, İRCİCA təşkilatının başçısı cənab Halit Eren, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Məhəmməd Əl-Qarnas, İslam Məzhəblərini Yaxınlaşdırma Yüksək Şurasının sədri Məhəmməd Əli Təsxiri, Avropa İslam Qurultayının baş katibi Məhəmməd Beşari, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani idarəsinin sədri Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani idarəsinin sədri Ravil Qaynutdin, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Usmonxon Olimov, Ukrayna Müsəlmanları Ruhani idarəsinin sədri Əhməd Təmim, Qazaxıstan Müsəlmanları Ruhani idarəsinin sədri Serikbay Oraz, Beynəlxalq İslam Missiyasının sədri Şafiq Pşixaçev, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq şəhərləri, Şimali Qafqaz regionu, Dağıstan Respublikası və digər subyektlərinin baş müftiləri, ABŞ Corctaun Universitetinin imamı Yəhya Hindi, “Dünya xalqları sülh uğrunda” beynəlxalq təşkilatın başçısı Rəşid Əl Münasifi, Marmara Qrupunun başçısı Akkan Suver və başqaları var.
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1633