Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı

19 avqust 2018-ci il tarixdə Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi ölkə ictimaiyyətinin nəzərinə aşağıdakıları çatdırır.
Dünən və bu gün, 20 avqust 2018-ci il tarixində hal-hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, Azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib.
Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar. 
 

Oxunub : 2359