Qafqaz Müsəlmanları İdarəsində qəbul

  
Sentyabr ayının 15-də Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri Fuad Nurullayev və Qəmərxanım Cavadlı ABŞ-ın USAİD Beynəlxalq İnkişaf Agentliyinin böyük məsləhətçisi Devid Hansikeri qəbul ediblər.
 
Görüş əsnasında QMİ rəsmiləri qonağın suallarını cavablayaraq Azərbaycanda dini təhsilin vəziyyəti, açılan yeni kolleclər, məscid icmaları tərəfindən təşkil olunan Quran kursları, habelə gənc nəslin radikal cərəyanların təsiri altına düşməməsi məqsədilə aparılan işlər, ölkədə multikulturalizm və dini tolerantlıq mühiti, ənənəvi dinlər arasındakı əməkdaşlıq və onların dövlət tərəfindən dəstəklənməsi məsələləri barədə geniş məlumat veriblər.
 
Görüşdə ABŞ-ın Bakıdakı səfirinin siyasi məsələlər üzrə müavini cənab Uilyam Solley iştirak etmişdir.
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.

Oxunub : 1976