İraq
Qədim tarixə malik olan Bağdad şəhəri bir çox görkəmli şəxslər yetişdirmiş, həmçinin bir çoxunun da son mənzili olmuşdur. Burada dəfn edilən görkəmli şəxsiyyətlərdən biri də Əbdülqadir Gilanidir. Böyük alimin məzarı üzərində məqbərə kompleksi ucaldılmış, ora əsrlərdən bəri onu sevənlərin ziyarət məkanına çevrilmişdir.
Vaxtıyla İslam mədəni bölgəsinin elm və mədəniyyət ocaqlarından olan Bağdad tarixi abidələrlə zəngindir. İnsanların ziyarət məkanlarından biri olan belə abidələrdən biri də Əhli-Sünnənin 4 böyük İmamından biri olan Əbu Hənifə Nüman bin Sabit bin Zuta Mərzbanın məqbərə kompleksidir.
İraqın Samərra şəhəri bir zamanlar Abbasilər xilafətinin paytaxtı olmuşdur. Bu şəhər Dəclə çayının sahilində yerləşir və hazırda Səlahəddin vilayətinin inzibati mərkəzidir.
Bağdad şəhərinin şimal məhəllələrində yerləşən Kazimeyn məntəqəsində iki Əhli-Beyt İmamının (ə) – İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) məqbərə kompleksləri yer alır. Bu məkanlar əsrlərdən bəri müsəlmanların ən məşhur ziyarət ocaqlarından hesab edilir.
İraqın paytaxtı Bağdaddan 105 km məsafədə, Fərat çayının qərb sahilində yerləşən Kərbəla şəhərində Həzrət İmam Hüseynin (ə) məqbərə kompleksi yerləşir.
Həzrət İmam Əlinin (ə) məqbərəsi İraqın Nəcəf şəhərində yerləşir. Bu məkan əsrlərdən bəri müsəlmanların ziyarət etdikləri ən məşhur ziyarət ocaqlarından hesab edilir.
  • ƏVVƏL
  • 1
  • SONRA