Patriarx Kirill Şeyxülislama təşəkkür edib. 16.05.2017

 
Qafqaz Müsəlmanları İdarəsinə Moskva və Bütün Rusiya Patriarxı Kirilldən Şeyxülislam Allahşükür Paşazadənin adına məktub daxil olub. Məktubda deyilir:
“Əziz qardaşım!
Sizi ürəkdən salamlayır, nurlu Milad bayramı münasibətilə mənə ünvanladığınız təbrikinizə və xoş arzularınıza görə  Sizə səmimi minnətdarlığımı bildirirəm.
Uzun illər boyu Siz Rus Pravoslav Kilsəsinin sadiq və etibarlı dostu olmusunuz. Siz  dinlərarası dialoqa, eləcə də pravoslavlar və müsəlmanlar arasında, ümumən Rusiya və Azərbaycan arasında dostluq və həmrəylik mühitinin mhkəmlənməsinə böyük töhfələr vermisiniz.
Sizə möhkəm can sağlığı, ruh yüksəkliyi və əminamanlıq arzu edirəm.
 
Hörmətlə,
 
Kirill
Moskva və Bütün Rusiya Patriarxı”
 
 
*Materialdan istifadə zamanı sayta istinad vacibdir.
 

Oxunub : 1212