29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42
PRESS-RELİZ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri Şeyxulislam Allahşükür Paşazadə daha bir beynəlxalq mükafata layiq görülmüşdür. O, «İNTERSAFETY» Terrorizm, korrupsiya narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Təltiflər ittifaqının (UNCOPA) ali dərəcəsi «Aypara və Ulduz» ordeni ilə təltif olunmuşdur.

2009-cu ildə təsis olunmuş «Aypara və ulduz» Beynəlxalq Ordeni dünya miqyasında tanınmış dövlət və ictimaiyyət xadimlərinə təqdim olunur. Ordenin statusuna uygun olaraq, A. Paşazadə bu nüfuzlu mükafata beynəlxalq aləmdə müsəlmanların mənəvi inteqrasiyasının dərinləşməsi istiqamətində uzunmüddətli və davamlı fəaliyyətinə, sülh və tolerantlığın təmin edilməsi məramı ilə Qafqazda etniklərarası və konfessiyalararası münasibətlərin möhkəmləndirilməsi işinə verdiyi böyük töhfələrə görə layiq görülmüşdür.
Orden 7 guşəli ulduz formasına malikdir ki, bu öz növbəsində,» Kəlmeyi şəhadət» in ibarət olduğu yeddi sözü simvolizə edir.Ordenin mərkəzində aypara və ulduz həkk olunmuşdur. Hal-hazırda beynəlxalq faleristikada müsəlman simvolikası olan yeganə beynəlxalq orden olan «Aypara və ulduz», taktiki olaraq, 1799-cu ildə sultan III Səlim tərəfindən müsəlman ordeni olan «Hilal nişanının» təsis olunmasının 200 illiyi münasibətilə yenidən dircəldilmiş mükafatdır. Milli, Dini, siyasi mənsubiyyətindən asılı olmayaraq «Hümanizm və ədalət naminə» ideyası ordenin devizidir.
Ordenin dirçəldilməsi ideyası «İNTERSAFETY» Terrorizm, korrupsiya, narkomaniya və ekoloji cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsinə (mənzil qərərgahı Monreal şəhərindədir (Kanada)) və BMT-nin Təltiflər İttifaqına (UNCOPA) aiddir. «Aypara və ulduz» ordeni BMT-nin Bank-Reqistrində 1530 saylı qeydiyyat nömrəsinə malikdir.
Məlumat ücün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mükafatın ali dərəcəsinin ilk laureatlarından olmuşdur.
Beynəlxalq mükafat Şeyxulislam A. Paşazadə həzrətlərinə təsisçi təşkilatın səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunmuşdur.

                                                                                              QMİ Mətbuat Xidməti

əlavə edilmə : 11 / 03 / 2010 ana səhifəyə geri dön

Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə