29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42

Namaz vaxtlarının müəyyən edilməsi metodologiyası

"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz
(günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl.
Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin
bir çox insan tərəfindən) müşahidə olunur."
Qurani-Kərim, (əl-İsra surəsi ayə 78). 

Müasir dövrdə insanlar günün vaxtlarını saatların köməyilə müəyyənləşdirirlər. Bu səbəbdən, özünü müasir dünyanın bir parçası hesab edən hər bir müsəlman icması namaz vaxtlarını şər'i qaydalara müvafiq olraq saatlarla, dəqiqələrlərlə əvvəlcədən müəyyənləşdirib icma üzvlərinə təqdim etməlidir.
Namaz vaxtlarını 1) təcrübi üsulla - bir il ərzində vaxtaşırı subh çağının, gecənin, Gün çıxma, batma, günorta, ikiqat və ya birqat kölgə uzunluğu vaxtlarını qeyd etməklə və yaxud, 2) nəzəri üsulla - astronomiya formulalarının köməyilə təyin etmək olar.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Namaz vaxtlarının,  eləcə də Hicri-Qəməri təqviminin astronomi üsullarla təyini istiqamətində yetərli işlər həyata keçirmişdir. Astronomi üsulla ölkəmizin bütün bölgələri və iri şəhərləri üçün istənilən tarix üçün namaz vaxtlarını, qiblə saatlarını hesablayan proqram hazırlanıb www.qafqazislam.comwww.namazvaxti.info saytında qoyulmuşdur. Hesablanmış vaxtların məziyyətləri yüksək keyfiyyətli rəqəmsal fotokamera vasitəsilə alatoranlıq vaxtlarında çəkilişlər aparmaqla yoxlanmışdır. (Nümunə üçün belə təsvirlərin bir qismi məqalənin sonunda təqdim olunur. Orada həm də hesablama formulalalrıyla tanış olmaq olar.)
Yer planetinin Günəş ətrafında hərəkət orbiti elliptik olduğundan və bu orbit müstəvisi Yer ekvatoruna müəyyən qədər meyilləndiyindən sübh, axşam, Günəşin çıxma, batma, günorta vaxtları il boyu dəyişilir. Bu dəyişkənlik ilin mövsümündən başqa həm də Yer üzərindəki coğrafi koordinatlara görə dəyişir. Qütblərə yaxınlaşdıqca bu dəyişmələr güclənir və qütblərdə yarım ilədək davam edən qütb gecələri və gündüzlərinə çevrilir.
Azərbaycan üçün namaz vaxtlarının il boy dəyişməsini yuxarıdakı şəkildən görmək olar. (Martın və oktyabrın sonundakı kəskin 1 saatlıq sıçrayış yay vaxtı keçidiylə bağlıdır.)
Namaz vaxtlarının ildən ilə dəyişməsi 4 illik (visokos) periodikliyə malikdir və cüzidir.


Şəkil 1. Namaz vaxtlarının gün və il ərzində paylanması

İslam dini yarandığı Ərəbistan yarımadasının əsasən buludsuz hava şəraitinə, həm də ekvatora yaxınlığına görə namaz vaxtlarının gözəyarı təyini heç bir problem yaratmırdı. Amma sonrakı illərdə islam şimal ölkələrinə yayıldqca namaz vaxtlarının təyini ilə əlaqədar problemlər meydana gəldi. Orta əsrlərdə riyaziyyat və astronomiya elmlərinin təşşəkül tapıb çiçəklənməsi də daha çox bu problemlərin həlli ilə bağlı olmuşdur. Belə ki, Nəsirəddin Tusinin 5 il əvvəl tapılan, Qahirə Universiteti müzeyinə məxsus əlyazması ilk Günəş koordinatları vasitəsilə namaz vaxtları və Qiblə istiqamətinin təyini formulalarıdır. Bu formulalar nəzəri astronomiyanın inkişafı və triqonometriyanın müstəqil riyazi bölmə kimi formalaşmasında əvəzsiz rol oynamışlar.
Namaz vaxtları ilə əlaqədar bəzən meydana çıxan suallar hesablama formulalarının doğru və ya səhv olmasıyla yox, bu formulalarda istifadə olunan şərtlərlə-parametrlərlə bağlıdır. Misal üçün, gecənin müəyyən işıqlıq səviyyəsi məqamları olan Sübh (Fəcr), Xiftən(İşa) namaz vaxtlarının hesablanması məsələsindəki kimi. Bu vaxtlar digər namaz vaxtları kimi Günəşin gözlə görünən vəziyyəti, yaxud da kölgə uzunluğu kimi aşkar əlamətlərə malik deyillər. Bu vaxtların başlanğıc (axşam çağı - tükənmə) çağlarının seçilməsi astronomik hadisə olan alatoranlıqla bağlıdır.

Şəkil 2. Gün çıxmazdan 1 saat 15 dəqiqə əvvəl

Günəş hər hansı bir məntəqədə çıxarkən(axşamlar - batarkən) işıqlığın tədricən dəyişməsi, başqa sözlə, gecə ilə gündüzün arasında alaqaranlıq (toranqovuşma) adlanan bir keçid fazasının mövcudluğu Yer atmosferində işığın səpələnməsi səbəbindən baş verir. Günəş çıxmazdan əvvəl (batandandan sonra) onun şüaları atmosferin yuxarı qatlarını işıqlandırır və bu şüalar atmosferdəki molekullarda, su buxarı və toz hissəciklərində səpələnərək alaqaranlıq (toranqovuşma) yaradır.
Bu hadisə Yer kürəsinin kosmosdan çəkilən şəkillərində daha aydın görünür: dünyanın gecə və gündüz hissələri arasında meridian boyu uzanan, 2000-3000 km-lik enə malik bir sərhəd zolağı mövcuddur. Qeyd etmək lazımdır, alaqaranlıq və toranqovuşma bir astronomi hadisə kimi ilk dəfə Optikanın banisi, X əsr islam alimi İbn əl-Hatəm tərəfindən öyrənilib izah olunmuşdur.

Şəkil 3. Kosmik aparatdan Yerin görünüşü.

Səhər , axşam alaqaranlıqları astronomik, naviqasiya və mülki araqanlıq adlanan hissələrə ayırırlar. Mülki alaqaranlıq çağlarında göydə yalnız parlaq ulduzlar , naviqasiya alaqaranlığında dənizdə üfüq, astronomik alaqaranlıqda isə gecə görünən zəif ulduzlar da gorünməyə (axşamlar - qeyb olmağa) başlayırlar. Astronomik alaqaranlığa Günəşin üfüqdən 18 dərəcə, naviqasiya alaqaranlığına Günəşin üfüqdən 12 dərəcə, mülki alaqaranlığa isə Günəşin üfüqdən 7 dərəcə aşağı vəziyyəti uyğun gəlir.
Çılpaq gözlə müşahidələr Fəcri - ilkin sübh şəfəqi Sübhi Sadiqi üfüqi işıq xətləri-ştrixləri kimi yuxarda peyda olub üfüqə yayılan işıq kimi təsvir edir. İşa isə son şəfəqin itmə anıdır.
Müxtəlif mənbələr tərəfindən təqdim olunan namaz vaxtlarındakı fərqlənmələr, əsasən, Sübh namazı vaxtının başlanğıcı kimi 18 dərəcəylə yanaşı 19 və 15 dərəcə arasındakı digər qiymətlərdən istifadəylə bağlıdır və bu seçimlər ayr-ayrı müsəlman ölkələri ruhani təşkilatlarınin müvafiq qərarıyla təsbitlənmişlər.
Seçimə xüsusi diqqət tələb edən digər məsələ Əsr (İkindi) namazı vaxtıdır. Bu namaz vaxtının təyinində başlanğıc kimi a) cismin kölgəsinin, cismin hündürlüyü ilə günorta kölgəsininin cəminə bərabər anı, b) cismin kölgəsinin, cismin hündürlüyü ilə günorta kölgəsininin cəminin ikiqat mislinə bərabər anı və d) cismin kölgəsinin cismin hündürlüyünə bərabər anı.
Bu qaydalar günorta və axşam vaxtları arasında müəyyən bir vaxt nişanı kimi eyniliyə malikdirlər və özlərində heç bir ziddiyət ehtiva etmirlər. Eləcə də, QMİ tərəfindən tətbiq edilən a) və b) vaxtlarının riyazi orta qiyməti.
Qeyd etmək lazımdır ki, Əsr namazı vaxtının başlanğıcı kimi d) qaydasından istifadə orta coğrafi en qurşağından şimalda yeləşən bölgələr üçün məqbul sayıla bilməz. Çünki coğrafi enliyi 45 dərəcədən böyük olan bölgələrdə cismin kölgəsinin uzunluğu hətta günorta vaxtı belə cismin hündürlüyündən böük alınır. Yəni, Əsr namazının vaxtı təyin oluna bilmir.
Sonda İslam Təqvimiylə əlaqədar, həm də təzə Ayın ilk görünmə - Röyət məsələsinə, daha doğrusu, payız aylarında dünyanın şimal yarımkürəsi ərazilərində təzə Ayın görünə bilməsinin çətinləşməsi məsələsinə aydınlıq gətirmək yerinə düşər. Bununla əlaqədar ilk olaraq qeyd etmək lazımdır ki, bu problem yalnız Röyət məsələsilə əlaqədar maraq kəsb etdiyindən, müasir astronomiya ədəbiyyatında araşdırılmayıb.
Bu hadisə payızda şimal yarımkürəsi ərazilərində üfüq müstəvisinin meylcə ekliptika müstəvisinə yazdakı vəziyyətə nisbətdə daha yaxın olmasıyla və Ayın da ekliptikadan (oxu, Günəşdən) altda olması səbəbindən baş verir. Təzə Ay axşam çağı Günəşdən yetərli dərəcədə (10°-15°) uzaqlaşmasına baxmayaraq, qürub çağı parlaq olan üfüqə yaxınlıq səbəbindən onun işığında sezilə bilmir.

NAMAZ VAXTLARINI HESABLANMA FORMULLARI

Namaz vaxtlarını hesablamaq üçün istifadə olunan kəmiyyətlər:
1. Tarix– ilin günü N. Məsələn, 3 fevral 34 cü gündür.
2. Şəhərlərin coğrafi enliyi B və uzunluğu L. (Siyahı-cədvəl əlavə olunub. Bütün bucaqlar dərəcənin tam və kəsr hissəsilə işlənilir.)

Hesablamalar aşağıdakı ardıcıllıqla aparılır:

D=–23.45cos[(360N+3600)/365] - Günəşin meyl bucağı
T=9.87sin[720(N-81)/365]–7.53cos[360(N-81)/365]–1.5sin[360(N-81)/365] - vaxt tənliyi

P=arcctg[1.5+tg(B–D)] - əsr namazı saat bucağı formulasında köməkçi arqument
A=arctg{[0.9307.sin(L-39.82)]/[ 0.9307sinBcos(L-39.82)–0.3657.cosB]};
C=[1/(cos2B.cos2A+sin2B)]{sinD sinB + SQRT[sin2D sin2B–(cos2B.cos2A+sin2B)( sin2D– cos2B.cos2A)]

Sübh namazı, Gün çıxma, Əsr, Axşam, İşa namazları və Qiblə saatı vaxtlarının saat bucaqları aşağıdakı formulalarla hesablanır:

* U=arccos[(-0.2588– sinD.sinB)/(cosD.cosB)],

* V=arccos[(–0.0145–sinD.sinB)/(cosD.cosB)],
* W=arccos[(sin P – sinD.sinB)/(cosD cosB)],
* Y=arccos[(–0.0610– sinD sinB)/(cosD.cosB)],
* U2=arccos[(-0.3090– sinD.sinB)/(cosD.cosB)]
* X =.arccos[( C– sinD sinB)/(cosD.cosB)]

Sonda namaz vaxtları aşağıdakı fomulalarla tapılır:

* Zöhr (günorta) vaxtı: Z=12 + (60–L)/15-T/60.

( Yay vaxtına keçəndə 12-nı, 13-lə əvəz etmək lazımdır.)

Sübh namazı vaxtı: S= Z– U/15.
Gün çıxma vaxtı: G=Z–V/15.
Əsr namazı vaxtı: R= Z+W/15.
Axşam namazı vaxtı: F= Z+Y/15.
İşa namazı vaxtı: S= Z+U2/15.
Qiblə saatı: Q= Z+X/15.

5 may və 27 sentyabr uçun sübh təsvirləri
5 may (slaydlar)          27 sentyabr (slaydlar)

ana səhifəyə geri dön

Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə