29 Ramazan 1431
08 Sentyabr 2010
Qurani Kərimdən

(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ)

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib  edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə 183). 


Namaz Təqvimi
Sübh namazı06:03
Gün çıxma vaxtı07:14
Zöhr namazı13:42
Əsr namazı17:48
Axşam namazı20:16
İşa namazı21:36
114 Surə
Ən çox oxunanlar
Növbəti namaz : Zöhr namazı 13:42
Kitabxana

ORUC TUTANIN YADDAŞ KİTABÇASI

faylı endir

Müqəddəs dinimiz İslamın bizə əmr etdiyi ibadətlərdən biri də oruc tutmaqdır. Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur:
 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ 
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" Oruc tutmaq tək İslamda deyil əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu İbadət müxtəlif dinlərdə müxtəlif formalarda həyata keçirilsə də, İslamda çox aydın və bəlli bir şəkildə hicrətin 2-ci ilində (miladi 624) fərz buyrulmuşdur...

NAMAZ KİTABI

faylı endir

Namaz ruhu saflaşdıran, qəlbi aydınladan, insanı Allahın hüzuruna gətirən bir ibadətdir. Sevimli Peyğəmbərimiz (s) "Namaz Dinin Dirəyidir" deyərək, namazın dinimizdə ən vacib ibadət olduğunu söyləmişdir. Namaz, bizə bədən ve ruh saflığı gətirən bir nurdur. Bunun sayəsində müsəlman günahdan təmizlənir ve cənnətə getməyə layiq bir qula çevrilir.

Namaz gün ərzində beş dəfə insanı süni ehtiyaclardan, bitməz-tükənməz ehtiraslardan qurtarıb, duracağı məqamı xatırladan, könlünün və gözünün qibləsinin nə və hara olduğunu öyrədən qüdsi bir ibadətdir.


TƏZƏ PİR MƏSCİDİ

faylı endir

Xəlifədam və ya Təzə pir

Məlum olduğu kimi, müsəlman aləmində ilk məscidlər 623-cü ildə Mədinədə Məhəmməd Peyğəmbərin evinin yerində, 630-cu ildə Məkkədə, yəni Kəbədə, 632-ci ildə Canadiyada, VII əsrin 70-ci illərində Sapedə əl-Cami, əl-Kəbir, 687-691-ci illərdə  Qüds ətrafında Kubbat əz-Zəhra, VII əsrin əvvəllərində Qüdsdə əl-Əksa 708-ci ildə Dəməşqdə Validə və 641-ci ildə Qahirədə tikilmişdir.


İMAM HÜSEYN

faylı endir

İmam Hüseynin başına gələn müsibətlər İslam tarixinin ən kədərli hadisələrindən biridir. Bu hadisələr həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlanmaq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn da məhz belə düşünüb və belə yaşayan insanlardan olub. Onu sevən insanlar da onun kimi dinə layiqincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdırlar.
Bu risalə həmçinin bu hadisədən irəli gələrək parçalanan ümmətin, elmsizliyi ucbatından bir-birinə düşmən kəsilən tərəflərin birliyinə bir səslənişdir. Sözü gedən və buna oxşar tarixi hadisələr biz müsəlmanların birliyinə, isti münasibətlərinə, mehribançılığına təsir göstərməməlidir. Anlamalıyıq ki, güc birlikdədir. İxtilaf isə birliyi sarsıdır və deməli gücümüzü də tükəndirir. Keçmişi xatırlayaraq müsəlmanların arasına ikitirəlik salan, onların arasında fitnə-fəsad yayan münafiqlərin isə vay halına.

| [1] |
Sayt "Qafqaz Müsəlmanlar İdarəsi"-nə məxsusdur
Copyright 2010 www.qafqazislam.com. Bütün hüquqlar qorunur.
vebmasterlə əlaqə