| Ana səhifə | Xəbərlər | Quran | Hədislər | İdarənin Tarixi | Kitabxana | Dini mövzular | Təqvim | Bizə Yazın |
|
Bakı və Gəncə (o zamankı Yelizavetpol) quberniyalalarının hər birində şiə və sünni cərəyanlarına aid olan və yanaşı fəaliyyət göstərən iki quberniya ruhani məclisinin sədrləri, hər məclisdə iki nəfər üzv və başqa məmurlar olurdu. Məlumata görə, 1920-ci ilədək Zaqafqaziyada 23 nəfər şiə, 16 nəfər isə sünni qazisi olub. 1823-cü ildən bu günə kimi 12 şeyxülislamımız və 11 müftimiz olub. Onların adları, şeyxülislamlıq və müftilik dövrləri aşağıdakı siyahılarda göstərilib: |
|
| |
|
Şeyxülislamlarımız "Şeyxülislam"
ərəb sözüdür: "şeyx" - "qoca
kişi", "İslam" isə dinin adıdır.
Mənası - İslam aləmində "qocalan nüfuzlu
alim", "mürşid", "İslamın
şeyxi" deməkdir. "Şeyxülislam"
şərəfli rütbədir. Bu ad əsasən
fəqihlərə (müsəlman hüququnu bilən), fiqhin
bilicilərinə verilir. "Fiqh" də ərəb
sözüdür, mənası "başa
düşmək", "bilmək" deməkdir.
"Füqəha" isə müsəlman hüququnu
bilənlərə - fiqhin bilicilərinə deyilir. Fiqh
məsələlərinin həlli ilə məşğul
olan, fiqhdən dərs deyən və ya sadəcə bu sahədə
müvafiq təhsil alan və fiqh baxımından
cəmiyyətin müxtəlif məsələri
barəsində mühakimələr yürüdən adama
fəqih deyilir. Fəqihin dini təlimə rəhbərlik
emək hüququ olduğu üçün bu sahədə
rəhbər vəzifəni aparan şəxsə
"şeyxülislam" rütbəsi verilir. Əvvəllər
şeyxülislam rütbəsi əsasən dövlət
başçılılarının məsləhəti,
zəmanəti ilə din rəhbərlərinə
verilərdi. Son illərdə isə şeyxülislam həmin
rütbəyə seçki üsulu ilə (dini qurultaylarda
səsvermə yolu ilə) seçilir. Qafqazda ilk şeyxülislam
rütbəsi 1823-cü ildə təsis edilib: 1.Şeyxülislam Axund Məhəmmədəli
Hüseynzadə - 1823-1846. 2.Şeyxülislam Fazil İrəvani - 1847-1872. 3.Şeyxülislam Axund Əhməd Hüseynzadə
- 1852-1884. 4.Şeyxülislam Axund Mirzə Həsən
Tahirzadə - 1885-1894. 5.Şeyxülislam Əbdüssəlam Axundzadə -
1895-1907. 6.Şeyxülislam Hacı Məhəmməd
Həsən Mövləzadə Şəkavi - 1907-1909. 7.Şeyxülislam Axund Məhəmməd
Fərəculla Pişnamazzadə - 1909-1918. 8.Şeyxülislam Axund Ağa Əlizadə -
1918-1920; 1944-1954. 9.Şeyxülislam Axund Mirmehdi Həkimzadə -
1954-1966. 10.Şeyxülislam Axund Əliağa
Süleymanzadə - 1968-1976. 11.Şeyxülislam Axund Mirqəzənfər
İbrahimov - 1978-1980. 12.Şeyxülislam Hacı Allahşükür
Paşazadə - 1980-cı ildən... ·
Şeyxülislam Axund
Məhəmmədəli Hüseynzadə 1823-cü
ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini)
başçılıq etmək üçün Rusiya
imperiyası tərəfindən təsis edilən ilk
şeyxülislam rütbəsinə Axund Məhəmmədəli
Hüseynzadə təyin edilib. O, Azərbaycanın
görkəmli publisisti, rəssam və
yazıçısı Əlibəy Hüseynzadənin ana
tərəfdən babasıdır. Şeyxülislam
Axund Məhəmmədəli Hüseynzadə 1852-ci ilə
kimi Qafqaz (Zaqafqaziya) Ali Ruhani İdarəsinə
rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi
və siyasi mərkəzi olan Tiflis şəhərində
yerləşirdi. Şeyxülislam
Fazil İrəvani haqqında yazılı sənəd tapa
bilmədiyimiz üçün ətraflı məlumat
verə bilmirik. Bəzi məlumatlara görə, o, 1847-1852-ci
illərdə İrəvanda şeyxülislam olub. ·
Şeyxülislam Axund Əhməd Hüseynzadə Şeyxülislam
Məhəmmədəli Hüseynzadə 1852-ci ildə
vəfat etdikdən sonra həmin vəzifəyə onun
oğlu Axund Əhməd Hüseynzadə (Səlyani) təyin
edilir. Görkəmli ilahiyyatçı kimi tanınan bu
şəxs ərəb və fars dilərini mükəmməl
bilib. Çoxlu dini məzmunlu əsərləri ilə
yanaşı olaraq ədəbiyyat, tarix , tərbiyə
məsələlərindən bəhs edən sanballı elmi
kitabların da müəllifi olub. Onun kitabları böyük
tiracla nəşr olunurmuş. O,
1884-cü ilə kimi şeyxülislam vəzifəsini icra
edib. ·
Şeyxülislam Axund Mirzə Həsən
Tahirzadə XIX
əsrdə yaşamış Şeyxülislam Axund Mirzə
Həsən Tahirzadə dövrünün qabaqcıl
maarifçisi, elm və din xadimi olub. Şərq və Avropa
mədəniyyətinə mükəmməl bələd olan
alimin adı bütün Qafqazda hörmətlə
çəkilərdi. Şeyxülislam
Axund Mirzə Həsən 1837-ci ildə Şuşada anadan
olub, ilk təhsilni ailədə, sonra isə Şuşa
qəza məktəbində alıb. Elm və maarif
həvəskarı olan Mirzə Həsən ali ruhani
təhsili almaq üçün Təbrizə göndərilb,
burada ərəb, fars, tatar və türk dillərinə
yiyələnib. Təhsilini başa vurandan sonra ona dini
məktəb açmağa icazə verilir. O, məktəbin
müdiri və müəllimi kimi geniş fəaliyyət
göstərib. Bir müddətdən sonra "Axund"
rütbəsi alan Mirzə Həsən vətənə
qayıdır və Cəbrayıl qəzasının
Qarğabazar kəndində məktəb açır,
uşaqlara dərs deyir. Şeyxülislam
Axund Mirzə Həsən 1878-ci ildə Peterburq Universitetinin
fars dili və ədəbiyyatı kafedrasına müəllim
kimi işə başlayır. O, 1885-ci ildə Qafqaz
şeyxülislamı və Şiə Ruhani İdarəsinin
sədri təyin edilir. Bütün
həyatı boyu öz xalqının mənafeyi naminə
çalışan Şeyxülislam Axund Mirzə Həsən
ömrünün sonunadək (1893-cü ilədək) bu
vəzifəni icra edir. ·
Şeyxülislam Axund Əbdüssəlam
Axundzadə Şeyxülislam
Axund Əbdüssəlam Axundzadə 1895-ci ildən 1907-ci
ilə kimi Qafqaz (Zaqafqaziya) müsəlmanlarının
şeyxülislamı vəzifəsini icra edib. O, dini
ədəbiyyatın yayılmasına çox kömək
edib, eyni zamanda dinə və şəriətə dair bir
sıra kitablar yazaraq nəşr etdirib. Onun üç cildlik
"Tarixi-müqəddəs-ənbiya","Risaleyi-Zübtədül
əhkam" kitablarında müsəlmanların dini
tələblərə uyğun olan itaətkar həyat
tərzi təbliğ edilir. Müsəlman birliyinə aid
rəvayətlər və s. yazıları da mövcuddur. Çar
höküməti onu 1907-ci il noyabrın 18-də Qafqaz
(Zaqafqaziya) Şiə Ruhani İdarəsinin sədri
seçərək, ona şeyxülislam və mülki
müşavir rütbəsi verib. O, dəfələrlə
çar ordenlərinə layiq görülüb. Şeyxülislam
Axund Əbdüssəlam Axundzadə 1907-ci ildə vəfat
edib. ·
Şeyxülislam Hacı Məmmədhəsən
Mövlazadə Şəkavi Azərbaycanın
görkəmli elm və maarif xadimi, İslamın mahir bilicisi,
məhşur din xadimi Şeyxülislam Hacı
Məmmədhəsən Mövlazadə Şəkavi
1853-cü ildə Şəkidə Gəncəli
məhəlləsində anadan olub. M.Mövlazadə
əvvəlcə Şəki mollaxanasında, sonra isə
Gəncə mədrəsəsində dini və dünyəvi
təhsil alıb. O vaxt Tiflisdə çıxan rusdilli qaynaqlardan
bəlli olur ki, M.Mövlazadə dərin savada, Quranı avazla
oxumaqda qeyri-adi istedada malik bir insan kimi tanınıb. O,
əvvəlcə Tiflisdəki Müsəlman Ruhani
məktəbində, sonra isə İranda ali dini təhsil
alıb. Tiflisə qayıtdıqdan sonra orada -
şeyxülislam məktəbində şəriət və
fiqhdən dərs deyib. Şeyxülislam M.Mövlazadə
İraqa, İrana və Səudiyyə Ərəbistanına
səfərlər edərək, biliyini daha da
təklimlləşdirib. Dərin biliyə malik olan Hacı
Məmmədhəsən Tiflisdə Qafqaz (Zaqafqaziya)
Müsəlmanları Ruhani İdarə heyətinin üzvü
seçilib. Bundan sonra o, bir sıra ali ruhani
vəzifələrində işləyib. Axund rütbəsi
alan Hacı Məmmədhəsən bir müddət qazi,
1907-ci ildən 1909-cü ilədək (Şeyxülislam
Əhdüssəlam Axundzadənin vəfatından sonra)
şeyxülislam əvəzçisi olub. M.Mövlazadə
ərəb, fars və türk dilərini mükəmməl
bildiyi üçün Şərq ədəbiyyatı və
tarixini dərindən öyrənməyə müvəffəq
olub. Yuxarıda adları çəkilən dillərdə bir
sıra kitabların müəllifidir. Onun
"Kitabü-əl-Bəyan, fitəfsiril-Quran" kitabı
1991-ci ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani
İdarəsinin təşəbbüsü ilə Bakıda
İslam əlifbası ilə nəşr olunub. Şeyxülislam
Hacı Məmmədhəsən Mövlazadə Şəkavi
1932-ci ildə Tiflisdə vəfat edib. ·
Şeyxülislam Axund Məhəmməd Fərculla
Pişnamazzadə Şeyxülislam
Axund Əbdüssəlam Axundzadə vəfat etdikdən sonra
şeyxülislam vəzifəsini icra edən və 1909 - cu
ilə kimi Yelizavetopol (Gəncə) quberniya məclisinin
sədri olan Axund Fərəculla Pişnamazzadə 6 il
müdətinə bu vəzifəyə təsdiq edilib. Lakin o,
bu müddət ərzində rus dilini öyrəndikdən
və imperiyaya sadiqliyini göstərdikdən sonra, yalnız
1915 -ci il yanvarın 14-də çoxdan əvəzçilik
üzrə icra etdiyi şeyxülislam vəzifəsinə
təsdiq edilib. O,
1917-ci ilin fevralınadək bu vəzifəni icra etmişdir. ·
Şeyxülislam Axund Ağa Əlizadə Onun
əsil adı Zeynalabidindir. Ali ruhanilik təhsilini başa
vurub vətəninə qayıtıqdan sonra xalq arasında ona
Molla Ağa Axund deyərdilər. O, 1827-ci ildə
Bakının Pirşağı kəndində,
tanınmış ruhani Axund Molla Cavadın ailəsində
dünyaya göz açıb. Axund
Molla Cavad dörd oğlunun dördünü də ruhani,
üləma kimi görmək istəyirdi. Bu
məqsədlə o, Bakı şəhərinə
köçür, keçmiş Aşağı Priyutski küçəsində
(sonralar Kamo adlanan, hal-hazırda S.Rəhimov) özünə
üç mərtəbəli, yaraşıqlı bir bina
tikdirir. Qardaşlarından
dərin zəkası ilə fərqlənən Zeynalabidini
atası mollaxanaya qoyur. Mədrəsə təhsilini başa
vurduqdan sonra o, ali ruhanilik təhsilini almaqdan ötrü
Ərəbistana gedir və Bağdad əyalətinin
Nəcəfül-Əşrəf şəhərində
təhsilini davam etdirir. Yaxın
Şərqdə yerləşən ali ruhanilik
ocaqlarının müdavimləri ali ruhanilik rütbəsi
almaqla bərabər, xüsusi bir ixtisasa da malik olurdular.
Zeynalabidin də ali ruhani olmaqla bərabər təbabət
elmini seçmişdi. 1896-cı
ildə təhsilini başa vuran Zeynalabidin "Axund"
rütbəsi ilə Bakı şəhərinə
qayıdır. Qafqazın (Zaqafqaziya) şeyxülislamı
Axund Əbdüssəlam Axundzadənin və Bakı qazisinin
vəkaləti ilə onu "Təzə Pir"
məscidinə axund təyin edirlər. Molla
Ağa Axund 1899-cu ildən 1927-ci ilə kimi müxtəlif
ruhani vəzifələrinə seçki yolu ilə
seçilib. 1918-ci
il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin
elan olunmasından sonra Azərbaycan hökumətinin
qarşısında belə bir məsələ durur: Tiflis
şəhərində yerləşən Qafqaz (Zaqafqaziya)
Müsəlmanları Ruhani İdarəsi Bakı
şəhərində köçürülməli və
1917-ci ildə ləğv edilmiş şeyxülislamlıq
vəzifəsi təsis olunmalıdır. Beləliklə,
1919-cu ilin əvvəlində Ruhani İdarəsi Bakıya
köçürüldü və Axund Molla Ağa
Əlizadə ən yüksək ruhani rütbəsi olan
şeyxülislamlığa yeganə namizəd oldu. O, eyni
zamanda Məvarayi-Qafqaz Müsəlmanları Ruhani
İdarəsinin sədri idi. Azərbaycanda
Sovet Hakimiyəti qurulduqdan sonra din xadimlərinə
qarşı hücumlar başlandı. Onları zərərli
düşmən ünsürləri kimi tamamilə rədd
və inkar etməyə başladılar. Yuxarıdan
verilən hökmlər nəticəsində
ağına-bozuna baxmadan bütün din xadimlərini
quruluşa zidd qüvvələr kimi hər yerdən qovur,
onlara müftəxor damğası vurur, hətta sinfi
düşmən kimi məhv edirdilər. Həmin
dövrdə Ağa Axund da hücum və təqiblərə
məruz qalırdı. Böyük
Vətən müharibəsi illərində (1941-1945)
əvvəllər ləğv edilmiş Qafqaz (Zaqafqaziya)
Müsəlmanları Ruhani İdarəsi, nəhəyat bu
müharibənin dəhşətlərinin dinin qüvvəsi
ilə unudulmasını başa düşən bir qrup
rəhbərin təklifi ilə (Zaqafqaziya
Müsəlmanlarının Ruhani İdarəsi) SSRİ
ALİ Soveti Rəyasət Həyətinin 14 aprel 1944-ci il
tarixli 17 saylı qərarı ilə) 24 ildən sonra
yenidən bərpa edildi. 1944-cü
il mayın 25-28 də Zaqafqaziya müsəlmanlarının
1-ci qurultayı oldu. Qurultayda Axund Ağa Əlmzadə ikinci
dəfə Zaqafqaziya Müsəlmanları Ruhani
İdarəsinin sədri seçildi. Qurultayda
Axund Ağa Əlizadəyə yenidən şeyxülislam dini
rütbəsi verildi. İdarə sədri ata-baba
mülkündə (indiki Süleyman Rəhimov
küçəsindəki 70 saylı binada) yerləşdirildi.
O, həmin vəzifəni ömrünün sonuna - 1954-cü
ilə kimi icra edib. ·
Şeyxülislam Axund Mirmehdi Həkimzadə Şeyxülislam
Axund Ağa Əlizadənin vəfatından sonra, bölgə
müsəlmanlarının həmin ildə
çağırılmış 3-cü qurultayında
Sabirabad məscidinin axundu Mirmehdi Həkimzadə
şeyxülislam seçilir. Sosializm quruculuğuna, dini
ayinlər haqqında Sovet qanunvericiliyinə real
münasibət bəsləyən, sülhsevərlik,
əməksevərlik, dindarların öz
vətəndaşlıq borclarını namusla yerinə
yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı
olan bu din xadimi mömin müsəlmanlar arasında
böyük nüfuza malik olub. O,
1966-cı ildə vəfat edib. ·
Şeyxülislam Molla Əliağa
Süleymanzadə Şeyxülislam
Axund Mirmehdi Həkimzadənin vəfatından sonra iki il
həmin vəzifə boş qalır. Yalnız 1968-ci ildə
Qafqaz (Zaqafqaziya) müsəlmanlarının 4-cü
qurultayında bu vəzifəyə Bakının
"Təzə Pir" məscidinin axundu Molla Əliağa
Süleymanzadə seçilir. Şeyxülislam
Molla Əliağa Süleymanzadə çox mülayim
xasiyyətli, Sovet qurluşuna hörmətlə yanaşan,
xarici qonaqlarla söhbətlərində, habelə
məscidlərdəki moizələrində daim
xeyirxahlığı və sülhü təbliğ edən
bir din xadimi olub. O, yaxşı ilahiyyat alimi olmasını baxmayaraq,
natiqlik qabilliyyəti və səsi omadığından dini
təbliğ etməkdə çətinlik çəkirdi;
fəqət, dindarlar ona paklığına və sakit
təbiətli olmasına görə hörmət
edirdilər. Şeyxülislam
Molla Əliağa Süleymanzadə ömrünün sonuna -
1976-cı ilə kimi Mavərayi-Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin sədri vəzifəsini icra edib. ·
Şeyxülislam Axund Mirqəzənfər
İbrahimov Molla
Əliağa Süleymanzadənin vəfatınan sonra
Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə
çağırılmış 7-ci qurultayında
Göyçay məscidinin axundu Mirqəzənfər
İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani
İdarəsinin yeni sədri - şeyxülislam seçilir.
Kamil dini biliyi olmayan, öz dilavərliyi ilə tanınan,
lakin mövcud olan sosialist gerçəkliyinə real
yanaşan, dindarları fanatizmdən
çəkindirməyə çalışan
Mirqəzənfər İbrahimov 1980-cu ildə vəfat
etmişdir. ·
Şeyxülislam Hacı
Allahşükür Paşazadə |