Xəbərlər Quran Hədislər İdarənin Tarixi Kitabxana Dini mövzular Təqvim Bizə yazın
Son Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin bəyanatı.
Şeyxülislam «Kral Hüseyn» ordeni ilə təltif olundu ...
Şeyxülislamın Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ...
Şeyxülislamın «Müqəddəs Ana» katolik kilsəsinin açılışında çıxışı ...
Şeyxülislamın Moskava və bütün Rusiya Patriarxı ilə görüşü ...
Şeyxülislam Allahşükür Paşazadənin doktor Adil əl-Fəlahın «Heydər Əliyev və milli mənəvi dəyərlər» kitabının təqdimat mərasimində açılış nitqi...
Şeyxülislamın Rusiya Prezidentilə görüşü...
Şeyxülislamın Özbəkistan Prezidentilə görüşü...
Ana səhifə
Son Xəbərlər
Quran
Hədislər
İdarənin Tarixi
Kitabxana
Dini mövzular
Təqvim
Bizə yazın
E-Mail
www.namazvaxti.info

 

﴾ ..... أتموا الحج و العمرة لله ﴿
﴾ Allah rizası üçün həcc və ümrə (kiçik həcc) əməllərini tamamlayın .... ﴿;
(əl-Bəqərə 196).
Həcc  ziyyarəti
      
           "Həcc" ərəbcə "ziyarət etmək" deməkdir.
Yəni  İslamın müqəddəs   şəhəri   Məkkəyə   gedib   Kəbəni və "qara daş"ı   ziyarət etmək hər bir
müsəlmanın borcu və arzusudur.  Həcc  füruiddinin   üçüncü, rüknüdür. Qeyd etmək lazımdır ki,
hələ   çox  qədimlərdən,  islama  qədərki  dövrlərdə  Məkkədə   yerləşən   Kəbə   məbədi    bütün
insanların   ziyarətgahı olmuşdur.  Mötəbər məlumatlara  görə, Kəbə İslamdan 2700 il əvvəl ərəb
qəbilələri   arasında    böyük   hörmətə malik olmuşdur.  Müxtəlif  adət-ənənəli ərəb qəbilələriiranlılar oranı müqəddəs və əziz saymışlar. 
Rəvayətə   görə,   Kəbəni   Allah  Talanın əmri ilə Həzrəti Adəm (ə) tikmiş, lakin Nuhun (ə) dövründə baş verən tufan  onu
dağıtmışdır. Hədislərdə yazılanlara görə, Kəbənin   tikintisində   bütün    dünyanın torpağından nümunə vardır. Dünyadakı
bütün insanlar Hz. Adəmdən (ə) əmələ gəldiyi üçün bədənində də həmin torpaq olmalıdır. 
         Nuh (ə)   peyğəmbərdən  sonra İbrahim (ə)  və  onun  oğlu İsmayıl (ə)   Kəbəni yenidən tikmişlər. "Kəbə" ərəb dilində
"kub"  deməkdir. Kəbə - sahəsi  10x12 metr,   hündürlüyü   isə   15   metrə  yaxın olan bu Allah   evi Məscidül-həramın tən
ortasında yerləşir. Allah Talanın Adəmə  (ə)  göndərdiyi  "qara daş"  Kəbənin cənub-qərb küncündə divara hörülmüşdür. 
         Kəbə   ibadət və  Tanrıya tapınmaq   üçün tikilmiş ilk evdir.   "Bəqərə" surəsinin 122-ci və "Ali-İmran" surəsinin 96-cı
ayələrindən   göründüyü   kimi, Kəbənin   tikilmə tarixi   İbrahim peyğəmbərdən  (ə)  əvvəl olmuşdur. Hz. İbrahim (ə) Allah
Talanın buyruğu ilə Kəbəni çoxdan mövcud olan bünövrə üzərində yenidən tikmişdir. 
          Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə" əsərində də Kəbənin Hz. Adəmin (ə) vaxtından mövcud olduğu göstərilir. 
         Kəbənin   binası   dördküncdür.   Künclərin  hər biri digərinə tərəf yönəlmişdir ki, hava axını və külək bir-birinə təsir
edib zəifləsin və beləliklə, binanın dağılmasının qarşısı alınsın. 
         Kəbənin binasını  Hz.  İbrahim (ə) dövründən indiyədək Əmalin, daha sonra Cürhüm qəbiləsi və nəhayət Məhəmməd
peyğəmbər (s)  zamanında   Qüreyş  qəbiləsi   bərpa   etmişdir.   (Bu   haqda  "İslam tarixi"  başlıqlı  yazıda ətraflı məlumat
verilib).
         Kəbənin  qapısı  ilə  üzbəüz  müqəddəs  "Zəm-zəm"  çeşməsi yerləşir. Hz. İbrahimin (ə) Hicazda qoyub getdiyi körpə
İsmayıl və onun anası   Hacər   susuzluqdan  əziyyət  çəkərkən möcüzə  baş vermiş,  körpənin ayaqları altından su fəvvarə
vurmuşdur. Çeşmənin   suyu  şəfaverici  sayıldığı  üçün  zəvvarlar  çox vaxt onu  "zəmzəmiyyə"  adlanan  xüsusi  qablarda
özləri ilə vətənlərinə aparırlar. 
        Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər (s) hələ hicrətdə (Mədinədə) olarkən buyurmuşdur ki,  müsəlmanlar 
namaz qılarkən  üzlərini  Kəbəyə  çevirməlidirlər.  Həmin  çağırışdan  sonra  Kəbədəki  "qara daş"ın  ətrafında  olan bütlər
Peyğəmbər (s) tərəfindən məhv edildi və Kəbə  İslamın müqəddəs  məbədinə  çevrildi.  Həmin  vaxta  qədər   müsəlmanlar
üzlərini Beytül-Müqəddəsə (Qüds) tuturdular. (Bu haqda "İslam tarixi" yazısında ətraflı bəhs edilib). Beləliklə, İslam dininin
yarandığı   ilk  vaxtlarda - miladi    təqvimi  ilə 632-ci  ildən  başlayaraq  Məkkəni  və  oradakı  Kəbə  evini   ziyarət  etmək
mərasimi   müsəlmanlar   tərəfindən   daha   geniş  icra  edilməyə  başlanmış  və həcc ziyarəti adı ilə məşhurlaşmışdır.
        Zəvvarlar   Məkkədə   Zilhiccənin   7-ci   günündə olmalıdırlar.   Burada   onlar   təmizlənəndən,  dəstəmaz  alandan,
bədənlərinə ətirli yağ   sürtəndən və  qüsl   edəndən   sonra   müqəddəs  ağ ibadət  libası - ehram   (yalnız kişilər)  geyirlər.
Ehramın heç bir tikişi olmur və iki ağ parçadan ibarətdir; birini bellərinə sarıyır, digərini  isə çiyinlərinə salırlar. Zəvvarlar
həcc zamanı saçlarını qırxdırmır, dırnaqlarını tutmurlar. Qadınlar mütləq başlarına iri yaylıq örtməlidirlər. 
       Zəvvarlar həcc vaxtı heç bir işlə məşğul ola bilməzlər. Heç bir canlının qanını tökməyə ixtiyarları yoxdur, hətta milçək
olsa belə. Ağacdan meyvə dərməməli, ümumiyyətlə heç bir dünya neməti haqda düşünməməlidirlər. 
        Həcc zamanı əsas ziyarət Kəbəni yeddi dəfə dolanmaq, "qara  daş"ı  öpmək,  dua etmək,   müqəddəs  Səfa  və Mərva
təpələri arasında qaçmaq və "Zəm-zəm" quyusundan su içməklə başlanır. 
       İkinci gün zəvvarlar Ərəfat dağına yollanır və açıq havada gecələyəndən sonra,  Zilhiccənin  9-da  həccin əsas ayinini
yerinə yetirərək, Ərəfat dağının ətəyində dayanırlar. Bu ayin günortadan Günəş batana kimi davam edir. Zəvvarlar  burada
namaz qılır və xütbəyə - moizəyə   qulaq asırlar. Günəş   batan kimi hamı dərhal Müzdəlifə vadisinə qaçır və bütün gecəni
orada ibadət edirlər. 
       Zilhiccənin 10-cu  günü  Mina vadisində şeytana daş  atmaq  mərasimi icra olunur. Burada sütunlar, İblisin  (şeytanın)
bütləri vardır. Hər bir zəvvar   şeytana yeddi dəfə daş atmalıdır. Bundan sonra qurbanvermə mərasimi başlayır. Həmin gün
Qurban bayramı günü hesab olunur, bayram namazını qılırlar. Bununla da Zəvvarlar həcc mövsümünü başa vururlar.
 

                                                                                                   Allah Tala hər bir Zəvvarın ziyarətini qəbul etsin !