QMİ sədri A. Paşazadənin Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə MÜRACİƏTİ

18 Fevral 2014

Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan hüquqları üzrə Avropa Məhkəməsinə

 

MÜRACİƏT

 

O Bir Olan Yaradanın adı ilə!

 

Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək, Azərbaycanın Xocalı şəhərində  törədilmiş soyqırımın 22-ci ildönümü ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq qazandırmır.

Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150 nəfər də itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz təhqiramiz hərəkətlər törədilmişdir.

Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və maddi- mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüflər olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə belə məhəl qoymamışlar. Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsidir.

Azərbaycan illərdir ki Xocalı soyqırımı faktının lazımi səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı həqiqətlərini  tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın və tarixi ədalətin bərpasında önəmli rol oynayır.

Qafqaz Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını  -  Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs kitablarında, o cümlədən Qurani-Kərimdə bir günahsız  insanın qətlə yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər tutulur.

Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!

                                                                      

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

 

 

APPEAL

to the World Religious Leaders, International Organizations and the European Court of Human Rights

 

 

With the Name of the Sole Creator!

Expressing the will and feelings of millions of Azerbaijanis, on the eve of the 22nd anniversary of the genocide committed in Khojaly city, we address the entire world community regardless of their religion, language, race and national origin. We are assured that no society and no religion justify such criminal actions as violence, aggression and slaughter that are contrary to the universal values.

Historical reality is that, in 1992, on the nights of February 25 and 26, thousands of innocent, unarmed and defenseless inhabitants of Khojaly were exposed to a sudden and violent attack by Armenian aggressors, which resulted in the murder of 613 people with particular cruelty without mercy for the elderly, children, pregnant women. Consequently, 150 people gone missing, 1275 people were taken hostages and tortured, and unthinkably offensive acts were committed on the bodies of those killed.

The Armenian extremists, from time to time, realizing ethnic cleansing, physical and moral terror against the people of Azerbaijan and capturing 20 percent of our territory, have deprived more than one million Azerbaijanis of their motherland, and carrying out the acts of vandalism in the territories of Karabakh, have destroyed our historical, religious and cultural monuments. Unfortunately, they have not been punished for crimes they committed, and even they have ignored 4 known resolutions of the United Nations Security Council. The deliberate act of genocide carried out by them in Khojaly is the culmination of the atrocities committed thus far.

It has been for the years that Azerbaijan appeal for the fact of the genocide to be given the necessary level of political and legal judgment and be internationally condemned. The point that increases our hopes is that a number of states and international organizations around the world have already recognized and continue to recognize the realities and truths of Khojaly genocide. Today the widespread campaign of "Justice for Khojaly" plays an important role in disseminating the truths on an international level, in revealing the true image of the aggressors as well as in the restoration of the right and historical justice.

The Caucasus Muslims Board calls upon the world community for not to succumb to the insidious propaganda of the Armenian extremists, and to condemn the human morality shown by the aggressor state claiming a foreign land and call the fact of Khojaly genocide by its name which is incompatible with the international law. Thus, in holy books of all monotheistic religions, including in the Holy Koran, the sin of the murder of an innocent person is considered equal to the sin of the annihilation of the mankind.

We, as religious leaders, wish all the peoples of the world peace, happiness, tranquility and welfare. The sacred duty of each of us in the sake of conscience in front of our Lord and humanity is to achieve the restoration of justice. Thus, by turning to the religious leaders of the world, parliaments, international organizations, as well as the European Court of Human Rights, we invite them to give principal political and legal assessment to the aggression and atrocities of Armenian extremists against Azerbaijani nation, to recognize the crime committed in Khojaly as the genocide against humanity.

May the Almighty Creator help all of us do meritorious actions, distinguish the right from the wrong, and be fair! Amen!

 

 

Sheikh-ul-Islam Allahshukur PASHAZADEH

 

Chairman of the Caucasus Muslims Board